Icma.az
close
up
RU
Von der Leyen Trampla Şotlandiyada görüşəcək: AB və ABŞ ticarət razılaşmasına yaxınlaşır

Von der Leyen Trampla Şotlandiyada görüşəcək: AB və ABŞ ticarət razılaşmasına yaxınlaşır

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen, ABŞ prezidenti Donald Tramp ilə ticarət razılaşması imzalamaq üçün Şotlandiyada görüşəcəyini açıqladı. Görüş, Trampın Aberdşirdəki yeni golf sahəsini açmaq üçün Şotlandiyaya səfəri çərçivəsində baş tutacaq.

Bizimyol.info xəbər verir ki, Tramp cümə axşamı Şotlandiyaya gəlib və bazar günü von der Leyenlə görüşmək niyyətində olduğunu bildirib. Görüş, Avropa Birliyinin (AB) bəyanatına görə, Trampın dəvəti ilə təşkil olunacaq. İrlandiyanın baş naziri Miçel Martin, cümə günü ticarət razılaşmasının "ümid edirik ki, həftə sonuna qədər imzalanacaq" deyə bildirib.

Tramp təyyarəsindən enərkən Ursula von der Leyeni “yüksək hörmət edilən bir qadın” kimi xarakterizə edib və AB ilə ticarət razılaşması üçün “50/50 şans” olduğunu bildirib. O, həmçinin razılaşma önündə duran “20-dən çox məsələ”nin olduğunu vurğulayaraq, bu razılaşmanın “ən böyük” ticarət müqaviləsi ola biləcəyini deyib.

ABŞ prezidenti səfəri çərçivəsində Böyük Britaniyanın baş naziri Keir Starmer və Şotlandiyanın birinci naziri Con Svini ilə də görüşməyi planlaşdırdığını açıqlayıb. Fransa prezidenti Emmanuel Makronu “komanda oyunçusu” adlandırsa da, Fransanın Fələstini dövlət kimi tanıma qərarının “heç bir təsiri olmayacağını” bildirib.

Tramp Avropadakı miqrasiya siyasətini kəskin tənqid edərək bunu “hücum” adlandırıb və bunun “Avropanı məhv etdiyini” deyib.

Von der Leyen isə Trampın Şotlandiyaya gəlməsindən öncə onunla telefon danışığı apardıqlarını və şənbə günü ticarət əlaqələrini müzakirə etmək üçün görüşməyə razılaşdıqlarını bildirib. Mənbələrə görə, Tramp yalnız razılaşma imzalanmağa hazır olduqda von der Leyenlə görüşəcək.

Tramp Böyük Britaniya ilə əldə edilən mövcud ticarət razılaşmasına əlavə olaraq, ABŞ-ın tətbiq etdiyi polad tariflərinin ləğvini də müzakirə etmək istədiyini deyib. “Bu həftə bəzi detalları müzakirə edəcəyik. Hər iki ölkə üçün faydalı olacaq,” – deyə qeyd edib.

Avropa İttifaqı hal-hazırda avtomobillərə tətbiq olunan 15% tariflərə razılıq verməyə yaxındır. Bu qərar, "Volvo" və "Volkswagen" kimi Avropa markalarının ABŞ-a ixracını, Britaniyadan gələn "Range Rover" kimi avtomobillərlə müqayisədə daha baha edəcək. Qeyd edək ki, Böyük Britaniya ABŞ ilə 100 min avtomobilin 10%-lik tariflə ixracını nəzərdə tutan ayrıca razılaşma əldə etmişdi.

"Volkswagen" şirkəti cümə günü bildirib ki, Trampın tarifləri nəticəsində ilin ilk yarısında 1 milyard funt sterlinq ziyana düşüblər.

May ayında Tramp və Starmer avtomobillərə olan 27.5%-lik tarifi 10%-ə endirmək barədə razılaşma imzalayıblar. Bu razılaşma müqabilində Britaniya ABŞ-dan daha çox mal əti və etanol idxal etməyə razı olub. Lakin Britaniyanın etanol sənayesi ABŞ məhsulları ilə rəqabətə tab gətirə bilmədiklərini deyir.

Milli Fermerlər İttifaqının rəhbəri Tom Bradşav isə, Starmeri ABŞ-ın süd məhsullarına bazar açmaqla yerli fermerləri “satmaqda” ittiham edib. “ABŞ-ın süd bazarına daxil olmaq üçün böyük təzyiq göstərdiyini bilirik. Bu, bizim üçün qırmızı xətdir. Çünki ABŞ-da süd istehsalında hormonlardan istifadə olunur və biz bu hormonları 30 il əvvəl qadağan etmişik,” – deyə o bildirib.

Tramp əlavə edib ki, özünün tətbiq etdiyi tariflərlə bağlı təhdid etdiyi 60 ölkənin əksəriyyəti ilə gələn həftəyə qədər razılaşma əldə etməyi gözləyir. O, Kanada ilə razılaşma məsələsində uğur qazanmadığını, lakin diqqətini əsasən Avropa İttifaqına yönəltdiyini söyləyib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 26 İyul 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri