AB İrana qarşı yeni sanksiyalar hazırlayır Von der Leyen təsdiqlədi
Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.
Avropa Birliyi (AB) İran rejiminin etirazlara sərt şəkildə müdaxilə etməsi ilə əlaqədar bu ölkəyə qarşı yeni sanksiyalar paketi hazırlayır.
Bakupost.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula von der Leyen açıqlama verib.
AB rəsmisi bildirib ki, yeni tədbirlər etirazların yatırılmasına cavabdeh olan şəxslər və qurumlara qarşı aktivlərin dondurulması, səyahət qadağaları və maliyyə məhdudiyyətləri kimi sərt tədbirləri əhatə edəcək. Sanksiyalara düşənlər arasında İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) strukturları və İranın insan haqlarını pozmaqda günahkar hesab olunan digər rəsmi qurumlar olacaq.
AB daha əvvəl da İranın 44 təşkilat və 232 fiziki şəxsiini insan haqları pozuntularına görə sanksiya siyahısına daxil etmişdi. Yeni paket bu siyahını genişləndirməyi nəzərdə tutur.
Von der Leyen əlavə edib ki, sanksiyaların məqsədi Tehranın nümayişçilərə qarşı zorakılıq siyasətinə cavab vermək və insan haqları pozuntularını dayandırmaqdır. İran hökuməti bu xəbərə hələ rəsmi münasibət bildirməyib.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Von Der Leyen Ankaraya yollanır
17 Dekabr 2024 16:11
Ursula von der Leyen vəzifəsini qorudu
10 İyul 2025 14:51
Təcili silahlanmalıyıq Ursula von der Leyen
03 Mart 2025 11:22
Von der Leyen Parisdə Zelenskini hədələdi
08 Yanvar 2026 21:36
Von der Leyen Trampla Şotlandiyada görüşəcək: AB və ABŞ ticarət razılaşmasına yaxınlaşır
26 İyul 2025 18:30
Baxış sayı:97
Bu xəbər 13 Yanvar 2026 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















