Von der Leyen və Kallas Vance ilə Ukrayna və Çini müzakirə edirlər
Icma.az, Oxumeni.az portalına istinadən məlumatı açıqlayır.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa İttifaqının xarici işlər naziri Kaja Kallas ilk dəfə Parisdə ABŞ-ın vitse-prezidenti J.D.Vens ilə görüşüb, onlarla xüsusilə Ukrayna, Çin münaqişəsi və müdafiə məsələlərini müzakirə ediblər. Bu barədə görüşdən sonra Von der Leyen və Kallas məlumat veriblər.
"Vitse-prezident Vens ilə yaxşı görüşümüz oldu. Ursula fon der Leyenlə birlikdə biz əsas məsələlər üzrə işi müzakirə etdik: Rusiyanın Ukraynaya qarşı müharibəsi, Avropanın müdafiəsini gücləndirməsi və Çinin hərəkətləri barədə fikir mübadiləsi etdik və ortaq məxrəcə gəldik ", - Kallas X-də yazır.
"Avropaya xoş gəlmisiniz, Vitse-Prezident Vens. Müttəfiqlər kimi ümumi çağırışlarımız haqqında maraqlı müzakirəyə görə təşəkkür edirik ", - AK rəhbəri yazıb.
Belə ki, Avropa qurumlarının rəhbərləri ABŞ-ın Aİ-yə tariflər tətbiq etmək qərarını Venslə müzakirə etməkdən bir söz deməyiblər. Daha əvvəl fon der Leyen Aİ-nin bu qərara görə Vaşinqtona sərt cavab verəcəyini bildirmişdi.
Əziz Mustafa, Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 12 Fevral 2025 08:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















