Icma.az
close
up
RU
Von der Leyen: Avropa Aİ və Ukrayna üçün müdafiə xərclərini artırmağa hazırdır

Von der Leyen: Avropa Aİ və Ukrayna üçün müdafiə xərclərini artırmağa hazırdır

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Avropa Komissiyasının sədri Ursula von der Leyen ABŞ-ın Ukrayna üzrə elçisi Keyt Kelloqa deyib ki, Avropa İttifaqı “qan tökülməsini dayandırmaq, Ukraynanın və onun xalqının haqlı olaraq layiq olduğu ədalətli, həmçinin davamlı sülhün təmin edilməsinə kömək etmək üçün Birləşmiş Ştatlarla işləmək” istəyir.

Bizimyol.info xəbər verir ki, Von der Leyen bu barədə "X" sosial şəbəkəsində Kelloqla danışıqların nəticələri barədə məlumat verədiyi mətində qeyd edib.

Von der Leyen həmçinin Kelloqa “Avropanın həm Avropa, həm də Ukraynanın hərbi potensialını gücləndirərək istehsal və müdafiə xərclərini artırmaq planları” təqdim edib. O, həmçinin Aİ-nin Kiyevə hərbi yardım payını tam şəkildə təmin etmək və “hətta daha çox iş görmək” niyyətini bildirib.

“Aİ-nin ədalətli və davamlı sülhə sadiqliyini təsdiq edən prezident bir daha qeyd edib ki, istənilən qətnamə Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmalı, güclü təhlükəsizlik təminatları ilə dəstəklənməlidir. Prezidentin açıqladığı kimi: indi kritik məqamdır”, - deyə Avropa Komissiyasının bəyanatında deyilir.

Ukrayna mətbuatının verdiyi məlumata görə, ABŞ Rusiya ilə danışıqlar təşkil edib və daha sonra sülh danışıqları prosesinə başlamaq üçün Ukrayna ilə dialoq aparacaq. Avropa danışıqlar masasına dəvət olunmayıb. Buna cavab olaraq Avropa liderləri Fransada toplaşıb. Məlum olduğu kimi, Avropa liderlərinin Paris görüşündə Almaniya kansleri Olaf Şolz, Böyük Britaniyanın baş naziri Keir Starmer, Polşanın baş naziri Donald Tusk, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və NATO-nun baş katibi Mark Rutte iştirak ediblər.

Görüşdən sonra NATO-nun baş katibi Mark Rutte bildirib ki, Avropa ölkələri təkcə öz təhlükəsizliyini gücləndirməyə deyil, həm də Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin verilməsinə rəhbərlik etməyə hazırdır.

Eyni zamanda, Qərb mətbuatının yazdığına görə, sammit zamanı liderlər Ukraynaya sülhməramlı qoşunların göndərilməsi məsələsində razılığa gələ bilməyiblər.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 18 Fevral 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri