Icma.az
close
up
RU
Voyislav Stankoviç: Samir Abasov Azərbaycanın ən yaxşı məşqçilərindən biridir

Voyislav Stankoviç: Samir Abasov Azərbaycanın ən yaxşı məşqçilərindən biridir

Icma.az, Apasport saytına istinadən bildirir.

“Neftçi”nin sabiq kapitanı Voyislav Stankoviç apasport.az saytına müsahibə verib.

- Dörd il formasını geyindiyin “Neftçi”nin hazırkı durumunu necə şərh edərdin?
- “Neftçi”nin hazırda turnir cədvəlində 8-ci pillədə qərarlaşması mənim üçün gözlənilməzdir. Mövsüm öncəsi "Neftçi"nin uğursuz sezon keçirəcəyini heç kim düşünməzdi. Amma futboldur, hər şey olur. Əvvəldən də tanıdığım Roman Qriqorçuk komandaya dəvət edilmişdi. Düzünü desəm, onun bu qədər yaxşı olmayan komanda formalaşdıracağını düşünməzdim. Sonradan Roman Qriqorçuk getdi. Fikrimcə, “Neftçi”də oynayan futbolçular hansı klubda oynadığını başa düşmürlər. "Neftçi"nin Azərbaycan üçün nə olduğunu bilmirlər. Bu mənada, indiki futbolçuları da dəyişmək lazımdır. Yaxşı transferlər reallaşdırmaq lazımdır ki,  "Neftçi" daha yaxşı və daha uğurlu olsunlar. 

- Qriqorçukun gedişindən sonra komandaya dəvət edilmiş Samir Abasov barədə nə düşünürsən? Onunla birlikdə işləmisən, çempionluq da qazanmısan. Səncə, “Neftçi”də işlər daha yaxşı olacaq?
- Mənə görə, Samir Abasov Azərbaycanın ən yaxşı məşqçilərindən biridir. Fikrimcə, o, işinin öhdəsindən gələcək. Sadəcə ona zaman vermək lazımdır. Üstəlik, yaxşı transferlər reallaşdırmaq lazımdır. Bunlarla birlikdə işinin öhdəsindən gələcəyinə inanıram. "Neftçi" kimi kluba daha güclü oyunçular cəlb edilməlidir. Hazırda komandada bu cür futbolçular görmürəm. 

- Bəs, sənin vaxtında da komandanın aparıcı futbolçusu olmuş Emin Mahmudovun əvvəlki performansında olmaması haqda nə deyəcəksən?
- Eminlə uzun müddət birlikdə oynamışıq, keyfiyyətli futbolçudur. O da çoxlu dəyişikliklərdən yorulub. Emin üçün də sezon çətin keçir. Bütün bunlardan savayı, o, həm də zədələndi. Zədədən sonra futbolçu üçün tez bir zamanda komandaya qayıtmaq, yüksək səviyyədə çıxış etmək asan deyil. Amma Emin bunu bacaracaq oyunçudur. Azərbaycan millisinin digər aparıcı üzvü Ramil Şeydayev də komandaya yayda gəlib. Ondan da gözləntilər yüksək idi. Çox güclü oynayacağı ehtimal edilirdi. Amma taktikada da tez-tez dəyişikliklər görürük. Bəzən Şeydayev cinahda, bəzən mərkəz hücumçusu kimi oynayır. Bunun da öhdəsindən gəlmək lazımdır. Ümidvaram ki, hər şey daha yaxşı olacaq və "Neftçi" daha yaxşı, daha stabil futbol oynamağa başlayacaq. Çünki "Neftçi" kimi klubun fanatları, klubun özü ən yaxşı nəticələri qazanmağa layiqdir. Ümidvaram ki, yaxın vaxtlarda hər şey yaxşı olacaq.

- “Neftçi”nin çempionluq mübarizəsində olacağı inandırıcı gəlmir?
- Çempionluq haqda danışmaq gülməli olardı. Allah qoysa, onlar ölkə kubokunu qazanmaq uğrunda mübarizə aparacaqlar. Amma orada da işlər çətindir. "Neftçi"ni kubokda da çətin görüşlər gözləyir. Bu heyətlə nəsə etməyi çətin görürəm. Əgər 3-4 yeni, komandanı gücləndirəcək futbolçular gələcəksə, onda bəlkə... Amma indiki heyətlə nəsə etmək çətindir. 

- 2015-ci ildən 2023-cü ilə qədər ölkəmizdə oynamış, Azərbaycan futboluna bələd biri kimi necə düşünürsən, legioner limitinin ləğv edilməsi Azərbaycan Premyer Liqasına, Azərbaycan futboluna necə təsir edə bilər?
- Əvvəl də deyirdim ki, legioner limitini yığışdırmaq lazımdır. Sən güclü futbolçususansa, limit olsa da, olmasa da oynayacaqsan. Limit varsa, azərbaycanlı futbolçu bilir ki, onsuz da oynamalıdır. Bəzi futbolçular var ki, necə məşq edirsə-etsin, onsuz da oynayacağından əmindir. Çünki limit var. Amma limit götürülərsə, o zaman azərbaycanlı futbolçular maksimum məşq etməli olacaqlar ki, özlərini göstərsinlər və əsas heyətdə oynasınlar. Ümid edirəm ki, limitin yığışdırılması Azərbaycan futboluna xeyir verəcək və azərbaycanlı futbolçular daha da güclü olacaqlar. Təbii ki, azərbaycanlılar Serbiyada da oynaya bilər. Hazırda Serbiyada çox güclü komanda var. Orada da Azərbaycandakı kimidir. Digərləri isə o qədər də yüksək səviyyədə deyil. Azərbaycanda çox yaxşı futbolçular var. Serbiyada da digər klublarda oynaya bilərlər. Bu baş verəcək, ya yox, bilmirəm. Azərbaycanlı futbolçular öz üzərində işləməlidirlər ki, daha güclü , daha yaxşı olsunlar.

Rəşad Sadıqov Türkiyə klubunun rəmzi komandasında - FOTO "Turan Tovuz" Özbəkistan klubu ilə qarşılaşacaq “Qarabağ”ın rəqibindən ev qələbəsi Kurban Berdıyev: “Legioner limitinin ləğvinə qarşıyam” “Zirə”nin məşqçisi Şimali Makedoniya millisində - rəsmi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:247
embedMənbə:https://apasport.az
archiveBu xəbər 12 Yanvar 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri