Icma.az
close
up
RU
“Yaxşı oynamağa başlayırıq” Samir Abasov

“Yaxşı oynamağa başlayırıq” Samir Abasov

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasının IX turunun “Sumqayıt” – “Qarabağ” oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Rəqibi təbrik edirəm. Bir xalla oyundan ayrılsaydıq, daha yaxşı olardı. Futbolçulara təşəkkür edirəm, yaxşı mübarizə apardıq. Futbolçular meydanda canlarını qoydular. Belə matçlarda bəxt də lazımdır ki, qol buraxmayasan. Oyuna nəzarət “Qarabağ”da olsa da, biz də epizodlar yaratdıq. Qarşıdakı oyunlara hazırlaşacaq.

– Komandada qol vurmaq problemi var. Epizodlar yaratsanız da, fərqlənmək olmur…
– Belə problemlər yaşayırıq. Açığı, hücumçulardan istədiklərimizi ala bilmirik. Düşünürük ki, problemlər onlardadır. İşimiz nədir? Problemləri görür və komandanı ən azı daha yaxşı etməkdir. Bu yöndə işlər görürük. Amma hansısa oyunçunun yerinə gedib topa vurası deyilik. Görünən odur ki, hücumçularımızda problemlər var. Hücumlarımızı daha artırmalıyıq. Bir neçə şans yaratmalıyıq. O qədər imkan yaratmalıyıq ki, qol vurub, oyundan çıxa bilək. Bu yöndə işləyəcəyik. Fikrimizi başqa hücumçulara yönəldəcəyik. Kimisə kəsib atacayıq demirəm, amma hücumda fərqli oyunçuları yoxlamalıyıq. Fikirlərimiz budur.

– Yeni transferlərin tam uyğunlaşdığını düşünürsünüz?
– Xeyr, tam hazır deyillər. Hər oyun dəyişikliyə əl atırıq. Ötən il də bu problemi yaşayırdıq. Futbolçuları yaxşı vəziyyətə gətirməliyik. Komandanın pis oynadığını düşünmürəm. Yaxşı oynamağa başlamışıq. Bəzi oyunçularla yaşanan problemlər də var: uyğunlaşma, qol vurma gözləntisi və s. Bunları aradan qaldırmalıyıq.

– Rəhim Sadıxovun oynamamasının səbəbi nədir?
– Cəzadan danışmayaq. Bu heyətin üzərində işləyirik. Düşünürəm ki, fasilədə uşaqları optimal formaya gətirməyə çalışacağıq. Yeni transferimiz gürcü futbolçunun yaxşı keyfiyyətləri var, ona çox inanıram. Bu gün bizə fayda verəcək oyunçularla oynamağımız daha məqsədəuyğundur.

– “Neftçi”dən təklif gəlsə, gedərsiniz?
– Bu haqda danışmaq istəmirəm.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 01 Sentyabr 2026 22:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see348

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see316

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see300

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see243

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see238

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see238

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see217

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see202

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see195

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see190

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see189

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see184

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see180

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see178

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see175

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see171

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see166

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see161

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see148

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri