Voyniç əlyazmasının sirri yenidən gündəmdə
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
XV əsrin əvvəllərinə aid Voyniç əlyazmasının indiyədək oxuna bilməməsinin səbəblərindən biri səhifələrinin yanlış ardıcıllıqla birləşdirilməsi ola bilər. Yeni araşdırma bu müəmmalı sənədin quruluşuna fərqli yanaşma təklif edir.
240 səhifədən ibarət əlyazmada naməlum yazılar, qeyri-adi bitki təsvirləri, astronomik sxemlər və insan fiqurları yer alır. XV əsrin əvvəllərinə aid olan sənəd 1912-ci ildə antikvar Vilfrid Voyniç tərəfindən əldə edilib. Mətnin hansı dildə yazıldığı və təsvirlərin nəyi ifadə etdiyi isə hələ də məlum deyil.
"Digital Medievalist" jurnalında dərc olunan araşdırmada Lisa Fagin Davis və Kolin Leyfild əlyazmanın əvvəlcə ayrı-ayrı qatlanmış vərəqlərdən ibarət olduğunu, sonradan isə bu vərəqlərin yanlış ardıcıllıqla birləşdirilmiş ola biləcəyini irəli sürüblər. Tədqiqatçılar mətn parçalarını statistik üsulla müqayisə edərək bəzi səhifələr arasında oxşarlıqlar aşkarlayıblar. Təsvirlərin yerləşməsi və perqamentdəki su ləkələri də ilkin düzülüşün fərqli ola biləcəyinə dair ipucları verir.
Səhifələrin ilkin ardıcıllığının müəyyənləşdirilməsi əlyazmanın quruluşunu anlamağa kömək edə bilər. Bununla belə, yeni yanaşma mətnin sirrini hələ açmayıb. ABŞ-dakı Yel Universitetinin Beynek nadir kitablar kitabxanasında qorunan bu sənəd dünyanın ən müəmmalı tarixi əlyazmalarından biri olaraq qalır.
Hazırladı:
S.Rzayeva
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 22 Oktyabr 2026 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















