Dünyanın ən sirli kitabı: Voyniç manuskripti nin 500 illik açılmayan şifrəsi
Icma.az, Baku.ws portalına istinadən məlumat verir.
Bu əlyazma sanki oxunmaq üçün yazılmayıb: nə dili məlumdur, nə də istifadə olunan hərflər. Artıq beş yüz ildən çoxdur ki, heç bir alim bu yazının sirrini aça bilmir.
Əlyazmanın səhifələrində bizə tanış olmayan bitkilər, ulduza bənzər simvollar, qəribə sxemlər və su içində təsvir olunmuş çılpaq qadın fiqurları yer alır.
Bu kitab "Voyniç manuskripti" adlanır. Əlyazma XV əsrin əvvəllərində perqament üzərində yazılıb. Radiokarbon analizləri onun XV əsrin əvvəllərinə, təxminən 1400-cü illərə aid olduğunu göstərir.
Baku TV-nin araşdırmasına görə, mətn bir neçə bölmədən ibarətdir. Burada bitkilər, səma cisimləri, bürclər və su ilə müalicəni xatırladan təsvirlər mövcuddur. Rəsmlər sistemli şəkildə tərtib edilib, lakin onların mənası hələ də qaranlıq qalır.
Əlyazmada təxminən 25-30 simvoldan istifadə olunub. Maraqlıdır ki, mətndə heç bir səhv və ya düzəliş izinə rast gəlinmir. Sanki müəllif bu dili mükəmməl bilib.
Alimlərin bir qismi bu yazının şifrəli dil olduğunu düşünür. Digərləri isə onun artıq mövcud olmayan bir dilə aid olduğunu iddia edirlər. Hətta bəzi tədqiqatçılar mətnin qəsdən mənasız şəkildə yazıldığını irəli sürürlər.
Bu gün süni intellekt texnologiyaları belə "Voyniç manuskripti"ni tam oxuya bilmir. Bəs bu kitab nəyi gizlədir? İnsanlıq bu sirri açmağa hazırdırmı?
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:22
Bu xəbər 19 Yanvar 2026 21:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















