Vuçiç: Azərbaycanla əlaqələrimiz qarşılıqlı etimada söykənir
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç diplomatik fəaliyyəti başa çatan Azərbaycanın bu ölkədəki səfiri Kamil Xasiyevlə görüşüb.
XQ Serbiya mediasına istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında ikitərəfli əlaqələrin və strateji tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində görülən işlər yüksək qiymətləndirilib.
Aleksandar Vuçiç son illərdə siyasi dialoqun intensivləşdiyini, iqtisadiyyat, energetika və nəqliyyat infrastrukturu sahələrində mühüm irəliləyişlərin əldə olunduğunu bildirib.
Serbiya dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyevlə aralarındakı etimad mühitinin əməkdaşlığın inkişafına böyük təkan verdiyini vurğulayıb.
O, həmçinin Azərbaycanın Serbiyanın suverenliyi və ərazi bütövlüyünə verdiyi ardıcıl dəstəyə görə təşəkkürünü bildirərək diplomatın gələcək fəaliyyətinə uğurlar arzulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 06 Avqust 2026 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















