Azərbaycanla sıx əlaqələrimiz var Kobaxidze
Icma.az bildirir, Axar.az portalına istinadən.
Gürcüstan digər ölkələrlə əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirir.
Axar.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Sinqapurda jurnalistlərə açıqlamasında bildirib.
O diqqətə çatdırıb ki, Asiya də daxil olmaqla, bu istiqamətdə çox fəal iş aparılır:
"Bir çox vacib səfərlərimiz və görüşlərimiz olub. Mərkəzi Asiya ölkələri ilə yanaşı, qonşularımız olan Azərbaycan, Ermənistan və Türkiyə ilə də sıx əlaqələrimiz var və bunu daha dərindən inkişaf etdirmək istəyirik".
Baş nazirin sözlərinə görə, Gürcüstan strateji coğrafi mövqeyə malikdir və bu məkandan istifadə hər cəhətdən çox vacibdir.
"Həmçinin bir çox ölkə ilə azad ticarətlə bağlı müqavilələrimiz var, bu, həmin dövlətləri Gürcüstanla iqtisadi əlaqələrin inkişafına cəlb etmək üçün çox yaxşı zəmin yaradır", - deyə o vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 23 İyul 2026 19:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















