Vuçiç bu dövlətlərin Serbiyaya hücum etməyə hazırlaşdığını açıqladı
Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.
"Belqrad Albaniya, Xorvatiya və tanınmamış Kosovo arasındakı hərbi əməkdaşlığı Serbiyanın milli təhlükəsizliyinə birbaşa təhdid kimi görür".
"Unikal" xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç yerli KİV-ə açıqlamasında deyib.
Vuçiç qeyd edib ki, "Hərbi ittifaqla bağlı narahatlıqlarım var, çünki mən müharibə deyil, sülh istəyən prezidentəm. Gözlənilmədən Priştina, Tirana və Zaqreb arasında hərbi ittifaq yaranıb. Hər bir vətəndaşın həyatı üçün narahatam".
Serbiya liderinin sözlərinə görə, respublika yeni regional ittifaqın yaranmasına reaksiya verməyə məcburdur və suverenliyini qorumaq üçün tədbirlər görür. Vuçiç vurğulayıb ki, hakimiyyət rəqiblərin qlobal qeyri-sabitlikdən sui-istifadə edə biləcəyi riskindən xəbərdardır.
Gülayə Mecid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 14 Mart 2026 19:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















