Icma.az
close
up
RU
Putindən Serbiyaya NATO xəbərdarlığı: Vuçiç illər sonra Kremldəki sirri açdı

Putindən Serbiyaya NATO xəbərdarlığı: Vuçiç illər sonra Kremldəki sirri açdı

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Serbiyanın keçmiş prezidenti Aleksandar Vuçiç Rusiya prezidenti Vladimir Putinin ölkəsinin NATO-ya üzv olmaq ehtimalına necə reaksiya verdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Vuçiç bu barədə jurnalist Kseniya Sobçaka müsahibəsində danışıb.

O bildirib ki, 2016-cı ildə Kremldə Putinlə görüşü zamanı Rusiya liderinin narazı olduğunu hiss edib. Vuçiçin sözlərinə görə, Putin həmin vaxt NATO-ya üzvlük məsələsində Serbiyaya xəbərdarlıq edib.

“Onun narazı olduğu vaxtlarda səsi bir qədər alçalır. Bir dəfə, 2016-cı ildə məni Kremldə qəbul etdi. Heç nə başa düşmürdüm, amma onun sakit danışdığını görürdüm və mənə elə gəlirdi ki, qəzəblidir. Bununla belə, mənə qarşı heç bir sərt söz demirdi”, - deyə Vuçiç qeyd edib.

Keçmiş prezidentin sözlərinə görə, Putin daha sonra ona belə deyib: “Əgər NATO-ya üzv olmaq istəyirsinizsə, buyurun. Amma düşünmürəm ki, bu, Serbiya xalqı üçün yaxşı olacaq. Əlbəttə, necə istəyirsiniz, elə də edin”.

Vuçiç detib ki, Rusiya liderini təxminən 20 dəqiqə dinlədikdən sonra ondan Serbiyanın NATO-ya qoşulmaq niyyətində olması barədə məlumatı haradan aldığını soruşub. O, Putinə belə bir planın olmadığını və bu məsələnin ümumiyyətlə nəzərdən keçirilmədiyini bildirib.

“Bundan sonra hər şey dəyişdi, atmosfer yumşaldı və tamamilə fərqli oldu. Dedim ki, bu, heç ağlıma da gəlməyib. Görüşə hazırlıq sənədlərimdə də bu mövzu yer almırdı”, - deyə Vuçiç xatırladıb.

Serbiyanın NATO-ya üzv olmaq niyyətində olmadığını dəfələrlə bəyan edən Vuçiç ölkəsinin neytral mövqeyini qoruduğunu vurğulayıb. Onun sözlərinə görə, Serbiya NATO-ya “dərhal” qəbul edilə bilərdi, lakin ölkəyə yeni münaqişələr lazım deyil./publika.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 20 Oktyabr 2026 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see346

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see304

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see297

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see287

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see271

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see265

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see265

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see253

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see246

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see242

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see242

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see235

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see233

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see229

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see223

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see223

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see217

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see215

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see209

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri