Vuçiç: Serbiyada Azərbaycanla birgə qaz elektrik stansiyası tikmək niyyətindəyik
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Serbiya Azərbaycanla birgə Niş şəhəri yaxınlığında uzunmüddətli perspektivdə ölkənin elektrik enerjisi təchizatını sabitləşdirəcək qaz elektrik stansiyası tikmək niyyətindədir.
Bizim.Media xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycanda səfərdə olan Serbiya Prezidenti Aleksandar Vuçiç jurnalistlərə açıqlamasında bildirib.
Aleksandar Vuçiç Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə iki ölkə arasında enerji sahəsində əməkdaşlığın təkmilləşdirilməsi barədə müzakirələr apardığını deyib.
“Niş şəhəri yaxınlığında qaz elektrik stansiyası tikməyə çalışacağıq. Çünki Serbiyanın cənubunda elektrik enerjisi ilə bağlı problemlər yaşayırıq. Biz bunu Azərbaycanla birlikdə həyata keçirəcəyik və bu yolla növbəti 12 ildə Serbiya üçün stabil təchizat təmin edəcəyik. Qaz elektrik stansiyasının tikintisi bizim üçün çox vacibdir. Biz bunu təbii qazla zəngin olan Azərbaycanla müzakirə etdik”, - deyə Serbiya Prezidenti qeyd edib.
O bildirib ki, Serbiya və Azərbaycan arasında ticarət mübadiləsi əvvəlki illərlə müqayisədə 30 dəfə artıb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 11 Noyabr 2024 20:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















