Icma.az
close
up
RU
Aleksandar Vuçiç: Serbiyada Azərbaycanla birgə qaz elektrik stansiyası tikmək niyyətindəyik

Aleksandar Vuçiç: Serbiyada Azərbaycanla birgə qaz elektrik stansiyası tikmək niyyətindəyik

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"Serbiya Azərbaycanla birgə Niş şəhəri yaxınlığında uzunmüddətli perspektivdə ölkənin elektrik enerjisi təchizatını sabitləşdirəcək qaz elektrik stansiyası tikmək niyyətindədir".

AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycanda səfərdə olan Serbiya Prezidenti Aleksandar Vuçiç ölkəsinin mediasına açıqlamasında bildirib.

Aleksandar Vuçiç Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə iki ölkə arasında enerji sahəsində əməkdaşlığın təkmilləşdirilməsi barədə müzakirələr apardığını deyib.

"Niş şəhəri yaxınlığında qaz elektrik stansiyası tikməyə çalışacağıq. Çünki Serbiyanın cənubunda elektrik enerjisi ilə bağlı problemlər yaşayırıq. Biz bunu Azərbaycanla birlikdə həyata keçirəcəyik və bu yolla növbəti 12 ildə Serbiya üçün stabil təchizat təmin edəcəyik. Qaz elektrik stansiyasının tikintisi bizim üçün çox vacibdir. Biz bunu təbii qazla zəngin olan Azərbaycanla müzakirə etdik", - deyə Serbiya prezidenti qeyd edib.

O bildirib ki, Serbiya və Azərbaycan arasında ticarət mübadiləsi əvvəlki illərlə müqayisədə 30 dəfə artıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 Noyabr 2024 02:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see326

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see272

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see230

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see188

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see186

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see185

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see175

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see169

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see167

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see167

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see167

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see162

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see156

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see153

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see148

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see148

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri