Icma.az
close
up
RU
Vuk Ji Çanq BAMF ofisini ziyarət etdi

Vuk Ji Çanq BAMF ofisini ziyarət etdi

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Bu gün BMT-nin QHT-lər üzrə Şöbəsinin rəhbəri Vuk Ji Çanq Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisini ziyarət edib..BMT-nin yüksək çinli rəsmisini qarşılayan Umud Mirzəyev onu BAMF-ın yarandığı gündən bəri həyata keçirdiyi layihələrlə, konflikt bölgələrinə təşkil etdiyi jurnalist səfərləri ilə, BAMF-ın hazırladığı filmlərlə tanış edib. Tanışlıqdan sonra Umud Mirzəyevin təşkilatçılığı ilə ofisin konfrans zalında V.J.Çanq la Azərbaycan QHT sektorunun nümayəndələrinin görüşü baş tutub.

Əvvəlcə BAMF-ın prezidenti qonağını Azərbaycandakı QHT sektorunun vəziyyəti barədə məlumatlandırdı. Sektorun fəaliyyətindən və işıqlandırdığı, həll etmək üçün mübarizə apardığı problemlərdən, Qarabağ və ətraf rayonlarda aparılan quruculuq və minatəmizləmə işlərindən, “Böyük Qayıdış” planından danışan Mirzəyev vurğulayıb ki, bu fəaliyyətlərin olduqca irimiqyaslı olmağına baxmayaraq, BMT və digər beynəlxalq təşkilatlar Azərbaycanı demək olar ki, tək buraxıblar.

Azərbaycan dövlətinin yuxarıda qeyd olunan istiqamətlərdə səylərini birləşdirdiyi üçün QHT-lərə kifayət qədər maliyyə ayıra bilmədiyini vurğulayan Umud Mirzəyev Azərbaycan QHT-lərinin BMT-də kifayət qədər təmsil oluna bilməməsini də bu faktorla əlaqələndirib. Onun sözləri ilə desək, “QHT rəhbərlərinin Cenevrəyə bir səfəri onların 1 illik məvaciblərinə yaxın vəsait tələb edir”.

BAMF-ın BMT ilə əməkdaşlığının tarixindən də söz açan Mirzəyev qeyd etdi ki, BMT-nin keçmiş baş katibi V.J.Çanqın həmyerlisi Pan Ki Munun rəhbərliyi dövründə qurulan əlaqələrin güclənməsi Azərbaycan QHT-ləri ilə BMT münasibətləri üçün mühüm mərhələ kimi yadda qalıb.

Vuk Ji Çanqın maraqla dinlədiyi çıxışlarda bir çox yerli və regional mövzulara diqqət yetirildi. “Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası”nın sədri Sahib Məmmədov Azərbaycan QHT-lərinin maliyyə çətinliklərini təsvir edərək, bu sahədə daha həssas yanaşmaların vacibliyini vurğuladı. Ardınca, “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə Cənubi Qafqazda Azərbaycan QHT-lərinin maliyyələşmədə geri qalması məsələsini gündəmə gətirdi və BMT-nin bu bölgədəki fəaliyyətlərə daha geniş dəstək verməsini istədi.

“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə isə çıxışında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində görülən mina təmizləmə və yenidənqurma işlərindən, həmçinin “Böyük Qayıdış” planının əhəmiyyətindən danışdı. Mövcud vəziyyətdə Azərbaycan Dövlətinin QHT-lərə,QHT-lərinsə maliyyələşməyə ehtiyacı olduğunu vurğulayan Rzazadə BMT-nin bu prosesə daha aktiv qoşulmağını xahiş edib.

Çıxışların sonunda Vuk Ji Çanq, bu mühüm görüş üçün BAMF-a və şəxsən Umud Mirzəyevə təşəkkür etdi, Vətəni Cənubi Koreyanın da mina problemi olduğunu qeyd edərək fondun mina əleyhinə gördüyü işləri yüksək qiymətləndirdi. O, Azərbaycanın beynəlxalq QHT şəbəkəsində daha fəal bir mövqedə olmasının vacibliyini qeyd edərək, maliyyə dəstəyi problemlərinin həlli üçün qlobal güclərin səylərinin artırılmasının vacibliyinə toxundu. Bu ziyarətin sonunda çəkilən xatirə fotoşəkli isə görüşün unudulmaz xatirəsi kimi yadda qaldı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 15 Noyabr 2024 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see402

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see294

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see268

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see240

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see224

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see204

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see202

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see200

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see190

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see186

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see181

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see178

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see177

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see177

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see170

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see170

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see167

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see163

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see156

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri