Icma.az
close
up
RU
525ci qəzet Vuk Ji Çanq BAMF ofisini ziyarət edib

525ci qəzet Vuk Ji Çanq BAMF ofisini ziyarət edib

Icma.az bildirir, 525.az portalına istinadən.

BMT-nin QHT-lər üzrə Şöbəsinin rəhbəri Vuk Ji Çanq Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisini ziyarət edib.

525.az xəbər verir ki, BMT-nin yüksək çinli rəsmisini qarşılayan Umud Mirzəyev onu BAMF-ın yarandığı gündən bəri həyata keçirdiyi layihələrlə, konflikt bölgələrinə təşkil etdiyi jurnalist səfərləri ilə, BAMF-ın hazırladığı filmlərlə tanış edib. Tanışlıqdan sonra Umud Mirzəyevin təşkilatçılığı ilə ofisin konfrans zalında V.J.Çanqla Azərbaycan QHT sektorunun nümayəndələrinin görüşü baş tutub.

Əvvəlcə BAMF-ın prezidenti qonağını Azərbaycandakı QHT sektorunun vəziyyəti barədə məlumatlandırdı. Sektorun fəaliyyətindən və işıqlandırdığı, həll etmək üçün mübarizə apardığı problemlərdən, Qarabağ və ətraf rayonlarda aparılan quruculuq və minatəmizləmə işlərindən, “Böyük Qayıdış” planından danışan Mirzəyev vurğulayıb ki,  bu fəaliyyətlərin olduqca irimiqyaslı olmağına baxmayaraq, BMT və digər beynəlxalq təşkilatlar Azərbaycanı demək olar ki, tək buraxıblar.

Azərbaycan dövlətinin yuxarıda qeyd olunan istiqamətlərdə səylərini birləşdirdiyi üçün QHT-lərə kifayət qədər maliyyə ayıra bilmədiyini vurğulayan Umud Mirzəyev Azərbaycan QHT-lərinin BMT-də kifayət qədər təmsil oluna bilməməsini də bu faktorla əlaqələndirib. Onun sözləri ilə desək, “QHT rəhbərlərinin Cenevrəyə bir səfəri onların 1 illik məvaciblərinə yaxın vəsait tələb edir”.

 BAMF-ın BMT ilə əməkdaşlığının tarixindən də söz açanMirzəyev qeyd etdi ki, BMT-nin keçmiş baş katibi V.J.Çanqın həmyerlisiPan Ki Munun rəhbərliyi dövründə qurulan əlaqələrin güclənməsi Azərbaycan QHT-ləri ilə BMT münasibətləri  üçün mühüm mərhələ kimi yadda qalıb.

Vuk Ji Çanqın maraqla dinlədiyi çıxışlarda bir çox  yerli və regional mövzulara diqqət yetirildi. “Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası”nın sədri Sahib Məmmədov Azərbaycan QHT-lərinin maliyyə çətinliklərini təsvir edərək, bu sahədə daha həssas yanaşmaların vacibliyini vurğuladı. Ardınca, “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə Cənubi Qafqazda Azərbaycan QHT-lərinin maliyyələşmədə geri qalması məsələsini gündəmə gətirdi və BMT-nin bu bölgədəki fəaliyyətlərə daha geniş dəstək verməsini istədi.

“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadəisə çıxışında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində görülən mina təmizləmə və yenidənqurma işlərindən, həmçinin “Böyük Qayıdış” planının əhəmiyyətindən danışdı. Mövcud vəziyyətdə Azərbaycan Dövlətinin QHT-lərə,QHT-lərinsə maliyyələşməyə ehtiyacı olduğunu vurğulayan RzazadəBMT-nin bu prosesə daha aktiv qoşulmağını xahiş edib.

Çıxışların sonunda Vuk Ji Çanq, bu mühüm görüş üçün BAMF-a və şəxsən Umud Mirzəyevə təşəkkür etdi, Vətəni Cənubi Koreyanın da mina problemi olduğunu qeyd edərək fondun mina əleyhinə gördüyü işləri yüksək qiymətləndirdi. O, Azərbaycanın beynəlxalq QHT şəbəkəsində daha fəal bir mövqedə olmasının vacibliyini qeyd edərək, maliyyə dəstəyi problemlərinin həlli üçün qlobal güclərin səylərinin artırılmasının vacibliyinə toxundu. Bu ziyarətin sonunda çəkilən xatirə fotoşəkli isə görüşün unudulmaz xatirəsi kimi yadda qaldı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Noyabr 2024 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri