Vüqar Gülməmmədov: Azərbaycan və Qazaxıstan paralel audit üzrə razılıq əldə edib
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan və Qazaxıstan paralel audit üzrə razılıq əldə edib.
"APA-Economics" xəbər verir ki, bu barədə Palatanın sədri Vüqar Gülməmmədov Bakıda keçirilən ASOSAI-nin İdarə Heyətinin 62-ci iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, müvafiq razılaşmanın sentyabr ayının sonunda imzalanaraq rəsmiləşdirilməsi nəzərdə tutulur. Sədr əlavə edib ki, bu əməkdaşlıq dövlət vəsaitlərinin səmərəli istifadəsinin auditi sahəsində təcrübə və bilik mübadiləsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Vüqar Gülməmmədov həmçinin bildirib ki, Azərbaycan Respublikası Hesablama Palatası ASOSAI çərçivəsində yaradılan yeni "Proqnozlaşma və Dövlət Maliyyəsinin Qiymətləndirilməsi üzrə İşçi Qrup"un üzvü olmaq üçün öz namizədliyini irəli sürüb: “Fiziki risklər və hökumətlərin qarşısında dayanan çağırışların həllinə yönəlik vəsaitlərin auditi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi Palatamız üçün vacib töhfələr verəcək”.
Sədr qeyd edib ki, Hesablama Palatası ASOSAI-ya üzvlüklə yanaşı, Qazaxıstan, Qırğızıstan, Koreya Respublikası və Çin Xalq Respublikası ilə ikitərəfli Anlaşma Memorandumları imzalayıb. Bu memorandumlar çərçivəsində təlimlər, seminarlar, eləcə də bilik və təcrübə mübadiləsi həyata keçirilir.
“Türkiyə ilə də memorandumun yenilənməsi istiqamətində iş aparılır. Hazırda Iğdır-Naxçıvan qaz kəmərinə çəkilən xərclərin auditi üzrə əməkdaşlıq edirik. Eyni zamanda iqlim dəyişiklikləri və kənd təsərrüfatı sahələri üzrə paralel auditlərin keçirilməsi planlaşdırılır”, – deyə Vüqar Gülməmmədov əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 17 İyul 2025 13:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















