Icma.az
close
up
RU
Büdcə gəlirləri və xərcləri üzrə ciddi uyğunsuzluqlar aşkarlanıb Vüqar Gülməmmədov

Büdcə gəlirləri və xərcləri üzrə ciddi uyğunsuzluqlar aşkarlanıb Vüqar Gülməmmədov

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Hesablama Palatası 2024-cü ildə həyata keçirdiyi audit tədbirləri zamanı dövlət büdcəsinin gəlir və xərcləri, dövlət borcu və təminatları, eləcə də dövlət fondlarının idarə olunması sahələrində ciddi uyğunsuzluqlar aşkar edib. SİA-nın xəbərinə görə, bunu Palatanın sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında rəhbərlik etdiyi qurumun ötənilki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı bildirib.

"Dövlət büdcəsinin gəlirləri üzrə aparılmış təhlillər zamanı müxtəlif növ pozuntular qeydə alınıb. Buraya düzgün hesablanmayan vergilər, malların dəyərinin yanlış göstərilməsi, büdcədənkənar gəlirlərin azaldılması və dövlət əmlakından əldə edilən vəsaitlərin büdcəyə köçürülməməsi kimi hallar daxildir. Büdcə xərcləri üzrə isə 38 istiqamətdə araşdırma aparılıb. Xərclərin proqnozlaşdırılması, icrası və səmərəliliyi qiymətləndirilib, nəticələr uyğun meyarlar üzrə qruplaşdırılıb. Hesabatda 39 halda büdcə qanunvericiliyinin, 24 halda dövlət satınalmaları, 16 halda isə əsaslı xərclər üzrə hüquqi aktların tələblərinin pozulub”, - deyə o qeyd edib.

Sədrin sözlərinə görə, əsas pozuntular sırasına artıq əməkhaqqı və mükafat ödənişləri, dövlət sifarişlərinin qeyri-dəqiq müəyyənləşdirilməsi, büdcə vəsaitlərinin müxtəlif yollarla banklara yerləşdirilməsi və vəsaitlərin təkrar sənədlərlə əsaslandırılması daxildir.

“Dövlət satınalmaları sahəsində də ciddi problemlər müşahidə olunub. Bir mənbədən satınalma metodunun sui-istifadəsi, ehtimal qiymətin düzgün hesablanmaması, satınalma prosedurlarında şəffaflığın pozulması və müqavilə icrasında gecikmələr baş verib”, - deyə o vurğulayıb.

V.Gülməmmədov əlavə edib ki, satınalma proseslərinin əhatə dairəsi əvvəlki illərlə müqayisədə artsa da, bir mənbədən satınalma hallarının artması bu sahədə problemlərin hələ də aktual olduğunu göstərir.

“Əsaslı xərclər üzrə araşdırmalar zamanı isə layihə sənədlərinə artıq iş həcminin daxil edilməsi, icra olunmamış işlərə görə ödənişlərin aparılması və nəticədə xərclərin şişirdilməsi halları müəyyən olunub. Auditlər göstərdi ki, bəzi sahələrdə normativ aktların olmaması və ya köhnəlməsi, ödəniş sistemlərində qeyri-bərabərlik və daxili nəzarət mexanizmlərinin yetərsizliyi maliyyə pozuntularına yol açır”, – deyə sədr əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Aprel 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri