Icma.az
close
up
RU
Vurulmuş təyyarə: haqlı tələblər və haqsız tənələr

Vurulmuş təyyarə: haqlı tələblər və haqsız tənələr

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

"Əgər bu il bizim üçün ən narahatedici məqamı qeyd etsək, təbii ki, bu, Ermənistanın silahlanmasıdır. Bunun heç bir məntiqi izahatı yoxdur".

Bu cümlələr Azərbaycan prezidenti İlham Əliyevin Yeni il ərəfəsində xalqa müraciətindəndir. Dövlət başçısı demişdi: "Onları təhrik edən və bu gün yenə də Azərbaycan üzərinə hücum etməyə vadar edən xarici dairələr, xarici ölkələr onların arxasında durmayacaq, sadəcə olaraq, dura bilməyəcək. Bizimlə bu bölgədə hərbi müstəvidə heç bir qüvvə rəqabət apara bilməz. Ona görə bir daha deyirəm, hələ ki, gec deyil, bu təhlükəli yoldan geri qayıtsınlar".

Bayram tətili günlərində xarici medianı izlədik. Bu fikirlərə, demək olar, yer ayırmırlar. Yalnız "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Rusiya ərazisində vurulması hələ də xarici medianın ön səhifələrinə çıxarılır. Bu kontekstdə Azərbaycan prezidentin dövlət televiziyasına müsahibəsinə istinadlar edilir.

Bu, əlbəttə, təbiidir. Böyük faciədir və medianın gündəmində qalması məntiqlidir. Bunu təqdir edirəm.

Qərb mediasındakı həmin yazılarda təyyarənin vurulmasından sonra Rusiya tərəfinin ilk günlərdə hadisəyə münasibəti təbii ki, tənqid olunur. Bunu da doğru sayıram. Belə də olmalıdır. Amma...

Amması odur ki, Qərb mediası məhz həmin hissəni həvəslə və geniş şərh edir, bunu az qala Azərbaycanla Rusiya arasında qarşıdurma kimi təqdim etməyə çalışır. Necə deyərlər, öz arzularını gerçəklik kimi qələmə verirlər.

Burdan da göründüyü kimi, "qlobal müharibə partiyası" Azərbaycanın hansısa qonşu ölkə ilə qarşıdurmaya, mümkün olsa, müharibəyə cəlb olunmasını çox istəyir. Bulanıq sularda balıq ovu asan olur axı. Deməli, həmin dairələr üçün yaxşı olardı ki, bu konflikt Rusiya ilə olsun. Ancaq mümkün deyilsə, Ermənistanla toqquşma da məlum mərkəzlər üçün pis olmazdı.

Odur ki, Qərb mediası Azərbaycan prezidentinin Ermənistanı sülhə, silahlanma yolundan dönməyə yönəlmiş çağırışlarını eşitməzliyə vurur, amma Rusiya barəsində haqlı iradlarını qəsdən kontekstdən çıxarıb, şişirdir, "çığıran" başlıqlarla öz auditoriyalarına sırıyır. Elə bir süni fon yaradırlar ki, sanki bu gün, ya sabah Azərbaycanla Rusiya arasında münaqişə olacaq.

Bəli, Azərbaycan dövləti prezident İlham Əliyevin simasında öz təyyarəsinin vurulmasına haqlı, adekvat etirazını bildirdi. Rusiya səmasında Azərbaycanın hərbi təyyarəsi vurulsaydı, Rusiya haqlı olacaqdı. Amma vurulan sərnişin təyyarəsidir. 38 nəfər həlak olub. Onlarla yaralı var. Azərbaycan həm insan itkisi verib, həm maddi zərər çəkib. Odur ki, bunun qarşılığında Rusiya dövlətindən üzrxahlıq tələb edirdi, aldı. Günahkarların cəzalandırılmasını tələb edir, Rusiyada da cinayət işinin qaldırılmasına nail oldu. İndi qaldı bu işin sona çatdırılması və zərərçəkənlərə, eləcə də, AZAL-a kompensasiya ödənilməsi.

Azərbaycan prezidenti də məhz bu məsələlərdə - hələ yerinə yetirilməmiş tələblərdə israr edir. Burda Azərbaycan dövləti nəyi düz etməyib ki, Rusiya media orqanları İlham Əliyevi tənqid etməkdə bir-biri ilə yarışır?! Eləcə də, xaricdə gizlənmiş müxalif bloqosfera öz çirkabını Azərbaycana doğru daha çox axıdır, nəinki Rusiyaya. Rus mediasının "qırğı"ları Azərbaycan prezidentinin üzərinə "hücum çəkir".

Niyə?! Nə baş verib?! Azərbaycanın dövlət başçısı nəyi düz etməyib?! Nəyi düz deməyib?!

Hər şeyi düz edib, hər şeyi düz deyib.

Deməli, bu cür reaksiya göstərənlər ya özləri adekvat deyillər, ya da hardansa göstəriş alıblar. Hardan?! Rusiya hakimiyyətindən?! Axı Rusiya prezidenti Vladimir Putin Azərbaycanlı həmkarı İlham Əliyevə zəng edib, üzrxahlığını bildirib. O halda mediadakı bu isterika nədir?! Bu, bir mənada (dolayısı ilə) öz dövlətinin əleyhinə getmək, öz prezidentinin davranışını yanlış saymaqdır.

Bəlkə bu isterik şərhləri verənlər hansısa kanallarla xaricdən gələn tapşırıqları yerinə yetirirlər?! Axı Azərbaycanla Rusiyanı toqquşdurmaqda maraqlı olan, buna çalışan xarici dairələr məlumdur. Rus mediasında antiƏliyev çıxışlar məhz həmin dairələrin tezisləri ilə çox oxşardır. Rusiya hakimiyyəti və media rəhbərləri məsələnin bu tərəflərini düşünübmü görəsən?!

İlham Əliyev təkcə öz şəxsi, insani düşüncələrini ifadə etməyib, həm də prezident kimi dövlətinin mövqeyini ifadə edib. Üstəlik bu məsələdə xalq onunla tam həmrəydir; xalqın da hisslərini və tələblərini bildirib.

Azərbaycanda birinci şəxs də daxil olmaqla heç kim deməyib ki, Rusiya təyyarəni qəsdən vurub. Hamı deyib ki, səhvən vurub, buna görə də məsuliyyət daşımalıdır. Ancaq Rusiya mediasında bu hadisə üzərindən Azərbaycan dövlətinin və prezidentinin üzərinə hücum səhv olsa da, qəsdən edilir. Qəsdən edilmiş bu səhv hərəkətlər - bu media və sosial media çığır-bağırı günahkarlıq kompleksindən doğur. Ola bilsin, prezident Putinin üzrxahlığını pərdələmək, səs-küyün içində "əritmək" istəyi var. Ya da bu, hadisənin məsuliyyətindən, dəymiş zərərin ödənilməsindən qaçmaq cəhdidir.

Hər nədirsə, yanlışdır. Üzürü günahdan betər etməkdir. Bəlkə bilərəkdən, bəlkə bilməyərəkdən.

Ancaq bu cür ləkəli vicdanlarda 38 nəfər insanın nahaq qanı var. Yaralıların ahı var. Üstəlik o həlak olanlar, yaralılar təkcə Azərbaycan vətəndaşları deyil, orda Rusiyanın öz vətəndaşları da həlak olub, xəsarət alıb. Eləcə də, Qazaxıstan, Özbəkistan və Qırğızıstan vətəndaşları zərər çəkib. Azərbaycan prezidenti həm də zərər çəkən Rusiyalıların, eləcə də qazaxların, özbəklərin, qırğızların haqqını tələb edir. Burada hansı qəbahətdən, hansı yanlış sözdən və yanlış hərəkətdən söhbət gedə bilər ki?!

Heç bir!

Bahəddin Həzi, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 06 Yanvar 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri