Icma.az
close
up
RU
“Temudan vurulmuş Aydınçik”

“Temudan vurulmuş Aydınçik”

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan musiqisində ən çox şişirdilən, daha dəqiq, nə üçün şişirdildiyi belə bilinməyən adamlardan biri də Eyyub Yaqubovdur.

Obrazlı demək olarsa, Eyyub Yaqubov Temudan vurulmuş Aydınçikdir.

Əlbəttə, məlum və məlum olmayan səbəblər var, fəqət doğrudan da Eyyub Yaqubov şişirdildiyi qədər gözəl oxumur.

O, ən yaxşı halda ortabab səsi olan bir müğənnidir. Alqışlanası tərəf odur ki, ömür uzunu başını aşağı salıb işini görməyə çalışıb. Amma buna baxmayaraq, heç vaxt böyük sənətkar da ola bilməyib. Görünür, böyük sənətkar olmaq təkcə başını aşağı salıb iş görməklə də olmurmuş.

Sözsüz, onun şişirdiləməyinə bir səbəb də kütlənin “qaqaş” təfəkkürünə xitab etməsidir.

Təsadüfi deyil ki, Eyyub Yaqubovu sevən kütlənin böyük əksəriyyəti “Böyük qardaş sindromu”ndan əziyyət çəkən qaqaş təfəkkürləridir.

Bu xətt “tutuzdaran” tema olsa da, qalıcı, böyük, dəyərli deyildir.

Zamanında “Dolya”, “Bakılı balasıyam” kimi kommersiya musiqiləri ən əlverişli yol idi. Hazırda bu kommersiya ölmədiyi üçün Eyyub Yaqubov da sənətdə bir az da çox yaşayır. Görünür, Yaqubov ömür boyu bunların çörəyini yedi və heç vaxt narahat olmadı ki, mən edirəm, kiməm?

Camaatın da dilinə söz düşüb. “Şanson ha şanson”.

Eyyub Yaqubovun sənəti ilə meyxananın qaqaş təfəkkürü arasında böyük fərq yoxdur.

Əlbəttə, onun xarakterində doğulub boya-başa çatdığı Bayıl havası, estetikası da təsirsiz deyil. Amma bunu sənətinə uyğunsuz şəkildə yansıtması onu sənətçi kimi böyüdə bilmədi.

Xarakterindəki “qaqaşlıq” onu “Ağabala Çaykoviski”, “Dolya vorovskaya”, “Bakılı balasıyam”-la məhudlaşdırdı. Özlüyündə də elə bildi ki, bəlli sektaya müraciət eləmək böyük sənətdir. Bəlkə də, onu böyük sənət yaratmağa elə məhz yaxşı oğlan imici imkan vermədi.

Eyyub Yaqubov və onun kimi sənətçilərin zamanı xitab etdikləri kultun dağılacağı ana qədərdir. Xüsusi ilə sənətçi ömrü boyu eyni kulta müraciət edir, əl çəkmirsə, demək, onun sənət ruhu da çərçivəlidir və hər zaman da belə qalacaq.

Məsələn, qəfildən “Sovetski”, “Kubinka”, “Alə, Bakılı balisəyəm”, “Mehledə” kimi qəbildən olan sözləri qadağan etsək, Eyyub Yaqubova doğrudan da dəniz verən adam lazım olacaq.

Ümumiyyətlə, Eyyub Yaqubov səsi ilə deyil, mövqeyi ilə oxuyur.

Mənə dəniz verin desə də, sənətkarlığı süni yaradılmış balaca göl kimidir.

Eyyub Yaqubov, doğrudan da yaxşı kişi, yaxşı oğlandır. Azərbaycanlıların onu sənətçi kimi sevməyinin də şüuraltı səbəbi budur: “Yaxşı oğlan, yaxşı kişi, bizim adam, məhlə”.

Bir sözlə, Eyyub Yaqubovun sənəti zamanla deyil, kultla yaşayır.

Kult dağılan kimi isə musiqi də dağılır.

Məsələn, bir 2020-ci ilə kimi camaatı ağlar qoyan Qarabağ mahnıları artıq ən yaxşı halda xatirəyə çevrilib, dinlənilmir. Çünki mövzusu, ağrısı aktual deyil, zamana yox, konkret nəsnəyə hesablanmışdı.

Orxan
Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 Yanvar 2026 19:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see410

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see302

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see271

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see248

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see232

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see212

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see210

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see203

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see199

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see198

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see188

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see184

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see183

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see182

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see179

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see177

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see176

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see170

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see169

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri