Vüsal Şıxəliyev: Azərbaycanda müflisləşmə ilə bağlı təkliflər paketi hazırlanır
Icma.az, Report.az saytına istinadən bildirir.
Azərbaycanda müflisləşmə ilə bağlı qanunvericilik sahəsində sistemli tədbirlərin həyata keçirilməsi üçün təkliflər paketi hazırlanır.
“Report” xəbər verir ki, bunu Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev “Biznesin müflisləşməsi” işçi qrupunun iclasında bildirib.
Onun sözlərinə görə, hazırda əsas məqsəd müflisləşmə ilə bağlı qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılmasıdır: "Mövcud “Müflisləşmə və iflas haqqında” qanun əvvəlki dövrlərdə qəbul edilsə də, indiki mərhələdə müasir çağırışlara uyğun olaraq yenilənməlidir. Bu məqsədlə qanunvericilik sahəsində sistemli tədbirlərin həyata keçirilməsi üçün təkliflər paketi hazırlanır ki, bu da biznesin müflisləşmə prosesinin tənzimlənməsinə və sahənin inkişafına böyük töhfə verəcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 12 Fevral 2025 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















