Vüsalə Əlizadə verilişində yerinə aparıcılıq edənə əsəbiləşdi : “Bunu tapmısınız? (Video)
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"İncə səhər" verilişi yeni mövsümdə tamaşaçıların qarşısına çıxıb.
Milli.Az xəbər verir ki, verilişin aparıcısı Vüsalə Əlizadənin efirdə süni intellektlə bağlı zarafatı diqqət çəkib.
Canlı yayım zamanı aparıcı onu əvəz edən süni intellektə zarafatla "əsəbiləşib". O, özünə bənzədilən virtual aparıcının görüntüsünü gördükdən sonra maraqlı ifadələr işlədib.
"Mənim yerimə bunu tapmısınız? Özünü də mənə oxşadır. Məndə olan enerji onda heç vaxt ola bilməz. Çünki mən Allahın yaradılışıyam, o isə elektrik cərəyanına bağlı sadəcə bir qurğudur", - deyə Vüsalə bildirib.
Aparıcının süni intellektlə bağlı bu sözləri studiyada gülüşə səbəb olub. Canlı efirdə baş verən zarafatlı anlar sosial şəbəkələrdə də maraqla qarşılanıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 06 Oktyabr 2026 10:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















