Icma.az
close
up
RU
Vüsalın Boluspor karyerası fiasko ilə nəticələndi legioner həyatı başa çatacaqmı?

Vüsalın Boluspor karyerası fiasko ilə nəticələndi legioner həyatı başa çatacaqmı?

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vüsal İsgəndərli bu ilin əvvəlində, daha dəqiqi, yanvarın 3-də Albaniyanın yüksək liqasında çıxış edən “Eqnatiya”dan Türkiyənin 1-ci liqa təmsilçisi “Boluspor”a keçdi.

Elə həmin günün səhəri mövzu haqda "Bir addım irəli, iki addım geri..." sərlövhəli məqalə yazaraq bunun çox yanlış addım olduğunu dedik. Təbii ki, azı həmyerlimiz olduğuna görə fikrimizdə yanılmaq istərdik. Düzü, Vüsalın həmin yazıya gülüş emojisiylə reaksiya verməsi bizi nəinki qıcıqlandırmış, hətta ümidləndirmişdi ki, futbolçumuz özünə inanır və ölkəmizi qardaş Türkiyədə layiqincə təmsil etməklə qərarıyla bağlı neqativ düşüncələri dəyişəcək. Sən demə, hələ az demişik!
O iki yox, daha bir neçə addım gerilədi. Təbii ki, həmin vaxt bu da ehtimallar sırasındaydı. Sadəcə, Vladimir İliç Leninin 1904-cü ilin yazında yazdığı məqalənin sərlövhəsi yetərincə cazibədar görünürdü...
Bəs yanılmadığımızı isbat edən nədi? Sözümüzün canına keçid alaq.
Vüsal İsgəndərli "Boluspor"dan ayrılmağa hazırlaşır. Səbəb ciddidi: baş məşqçisi Ufuk Kahraman ona, demək olar ki, şans vermir. Belə ki, həmvətənimiz "Boluspor"da ümidləri doğrultmur. O, yeni mövsümdə keçirilən 12 matçın səkkizində meydana çıxmayıb. Sonuncu dəfə meydana çıxdığı oyunda isə cəmi 1 dəqiqə oynayıb. Ümumiyyətlə, onun adı son 5 oyunun dördünün iştirak ərizəsinə daxil edilməyib. Birində isə ehtiyat oyunçular skamyasını isitməklə məşğul olub. Mövsümün əvvəlindən bəri mümkün 1080 dəqiqənin yalnız 100 dəqiqəsində tər tökən futbolçu nə qol, nə də məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Vüsal tarixə qovuşan "Rəvan"ın yetirməsidi. 29 yaşlı mərkəz hücumçusu karyerası ərzində "Simurq", "Zirə", "Keşlə" (indiki "Şamaxı), "Keçiörəngücü" (Ankara, Türkiyə), "Sumqayıt" və "Eqnatiya" kimi klubların şərəfini qoruyub. Onun "Boluspor"la müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.
KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 15 Noyabr 2024 21:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri