Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində azərbaycanlı tələbələrin görüşü olub
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Vyana, 22 mart, AZƏRTAC
Vyana şəhərində Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP), Azərbaycan Mədəniyyət Mərkəzinin və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş “Ənənələrin bayramı: Vyanada azərbaycanlı tələbələrin Bahar bayramı” adlı görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin açılışında ASAP-ın Avstriya nümayəndəliyinin sədri Ənvər Əliyev təşkilatın Avstriyada fəaliyyəti barədə məlumat verib, həmçinin Novruz bayramının Azərbaycan xalqı üçün əhəmiyyətini vurğulayıb.
Daha sonra Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Elgün Niftəliyev çıxış edərək belə tədbirlərin Azərbaycan mədəniyyətinin təbliği baxımından önəmini qeyd edib.
Tədbirin davamında Novruzun tarixi, qədim adət-ənənələri, bayram süfrəsi və milli şirniyyatlar haqqında ətraflı məlumat verilib, həmçinin “Uzundərə” rəqs kompozisiyası nümayiş etdirilib.
Ardınca pianoçu Ayan Məmmədli tərəfindən Azərbaycanın xalq və bəstəkar mahnıları ifa olunub və çıxışlar azərbaycanlı və xarici gənclər tərəfindən böyük maraq və alqışla qarşılanıb.
Musiqi hissəsinin yekununda iştirakçılara Azərbaycan milli şirniyyatları təqdim edilib.
Görüş eyni zamanda iştirakçılar arasında şəbəkələşmə, yeni tanışlıqların yaranmasına və icma ruhunun gücləndirilməsinə töhfə verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 22 Mart 2026 21:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















