Icma.az
close
up
RU
BDU nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

BDU nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 4 fevral, AZƏRTAC

Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Xalq rəssamı Əşrəf Heybətovun “Azərbaycan – rənglərin yaddaşındakı ölkə” adlı fərdi sərgisinin açılış mərasimi keçirilib. Görkəmli sənətkarın 75 illik yubileyinə həsr olunmuş sərgidə Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev də iştirak edib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycanın təbiəti, tarixi məkanları, milli-mənəvi dəyərləri, sadə insanların həyatı, adət-ənənələri və milli kimliyi əks etdirən əsərlər nümayiş olunub. Ekspozisiya rəssamın uzun illərə söykənən yaradıcılıq yolunu və Azərbaycan mövzusuna olan dərin bağlılığını dolğun şəkildə təqdim edir.

Sərginin açılışında çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova qeyd edib ki, təqdim olunan əsərlərdə milli-mədəni ənənələr müasir bədii ifadə vasitələri ilə ustalıqla sintez olunur. Onun sözlərinə görə, Əşrəf Heybətovun yaradıcılığında rəng, yaddaş və milli kimlik əsas bədii məfhumlar kimi çıxış edir, tablolar isə Azərbaycanı təkcə coğrafi məkan deyil, həm də mənəvi yaddaş və mənsubiyyət məkanı kimi təqdim edir. Landşaftlar və insan obrazları daha çox emosional və fəlsəfi yozum formasında ifadə olunur.

Xalq rəssamı Əşrəf Heybətov çıxışında bildirib ki, Azərbaycana aid mövzular onun yaradıcılığının əsas qayəsini təşkil edir. Son illərdə isə bu xətti genişləndirərək Türk dünyasına həsr olunmuş silsilə əsərlər üzərində çalışır. Vyanada ikinci dəfə əsərlərini nümayiş etdirən rəssam yubileyi münasibətilə təşkil olunan sərgiyə görə təşəkkürünü bildirib.

Tədbir çərçivəsində Bakı Dövlət Universitetinin rektoru ilə Xalq rəssamı Əşrəf Heybətov arasında görüş də baş tutub. Görüş zamanı rəssam BDU-ya dəvət edilib, universitetdə tələbələr və gənc tədqiqatçılar üçün yaradıcılıq görüşlərinin, sərgi və ustad dərslərinin təşkili, eləcə də incəsənət və mədəni irs sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Bu cür təşəbbüslərin gənclərin estetik dünyagörüşünün formalaşmasına və milli-mədəni dəyərlərin akademik mühitdə təbliğinə mühüm töhfə verəcəyi vurğulanıb.

Əşrəf Heybətov incəsənət sahəsindəki xidmətlərinə görə bir sıra milli və beynəlxalq mükafatlarla təltif olunub. O, Azərbaycan Respublikasının Xalq rəssamı fəxri adına, UNESCO Rəssamlar Federasiyasının üzvlüyünə, eləcə də “Sülh səfiri” beynəlxalq diplomuna layiq görülüb. Rəssam Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü olmaqla yanaşı, Azərbaycan-Almaniya Dostluq Cəmiyyəti, Alman Rəssamlar Birliyi kimi beynəlxalq təşkilatların üzvüdür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Fevral 2026 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see887

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see334

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see306

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see304

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see212

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see195

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see193

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see192

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see189

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see181

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see167

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see166

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see166

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see166

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see163

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see163

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see160

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see159

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see138

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri