Icma.az
close
up
RU
Vyanada “Əli və Nino“nun öz evinə uzun dönüş yolu“ adlı məruzə axşamı təşkil edilib

Vyanada “Əli və Nino“nun öz evinə uzun dönüş yolu“ adlı məruzə axşamı təşkil edilib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Vyana, 25 aprel, AZƏRTAC

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan ədəbiyyatında özünəməxsus yerə malik, müxtəlif imzalar altında bənzərsiz əsərlər yaratmış Məhəmməd Əsəd bəyin (Qurban Səid və ya Lev Nussimbaum) anadan olmasının 120 illiyi münasibətilə onun ən məşhur əsəri “Əli və Nino“ romanına həsr olunmuş tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova ikigünlük məruzələrin mahiyyəti barədə danışıb.

Qeyd edilib ki, maraqlı ədəbi-bədii yaradıcılığa malik müəllifin fəaliyyətinin bütün mərhələlərini işıqlandırmaq üçün Azərbaycan, Almaniya və Avstriyadan araşdırmaçılar bu tədbirlərə dəvət ediliblər. Məhəmməd Əsəd bəyin irsini araşdırmaçıları Yaqut Abdalla, Sebastian Yanuşevski və Hans-Yürqen Maurer öz məruzələrində ədibin həyat və yaradıcılığının müxtəlif dövr və aspektləri barədə danışıblar.

Sonra tanınmış tədqiqatçı və şərqşünas Fuad Axundov “Əli və Nino“nun öz evinə uzun dönüş yolu“ adlı məruzə ilə çıxış edib. Məruzədə 1937-ci ildə ilk dəfə Vyanada işıq üzü görən əsərin Avropa və Amerikadan keçməklə hadisələrin cərəyan etdiyi Bakıya qədər keçdiyi nəşr yoluna nəzər salınıb. Eyni zamanda əsər üzərində müəllifliklə bağlı onillərdən bəri mövcud olan müxtəlif fərziyyə, iddia və ehtimallara dair faktlar, sənədlər və araşdırmaçıların gəldiyi qənaətlərdən söz açılıb.

F. Axundov Qurban Səid təxəllüsünün arxasında dayanan Lev Nussimbaumun (1905-1942) həyat yolundan ətraflı bəhs edib, onun Bakıdakı uşaqlıq dövrü, Almaniya və Avstriyadakı yaradıcılıq fəaliyyəti və həmçinin xəstəlik və tənhalıq içərisində keçən məşəqqətli İtaliya mərhələsindən danışıb.

Məruzədə həmçinin “Əli və Nino” romanında hadisələrin cərəyan etdiyi Bakı mühiti, tarixi hadisələr və tarixi və mədəni xüsusiyyətlər barədə ətraflı məlumat verilib. Sonra əsərin müxtəlif dillərə tərcümə və nəşr tarixi, müxtəlif alimlərin mövzu ilə bağlı fikirləri və həmçinin bu əsərin incəsənətin müxtəlif istiqamətlərinə göstərmiş olduğu təsirdən bəhs edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Aprel 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri