Icma.az
close
up
RU
Bir şəklin tarixçəsi Sənət aləminin ən səs küylü rəqibləri Flora ilə İlhamə

Bir şəklin tarixçəsi Sənət aləminin ən səs küylü rəqibləri Flora ilə İlhamə

Icma.az, Modern.az saytına istinadən bildirir.

Azərbaycan musiqi səhnəsinə yüzlərlə istedadlı insan gəlib-gedib, lakin az sənətkar var ki, həm səsi, həm xarakteri, həm də mövqeyi ilə yadda qalıb. Belə sənətkarlardan ikisi - Flora Kərimova və İlhamə Quliyeva - illərlə xalqın sevimlisi olublar. Amma bu iki güclü qadının münasibətləri də sənət dünyasının ən çox müzakirə olunan mövzularından biri kimi tarixə düşüb.
Flora Kərimova güclü xarakteri və vətəndaş mövqeyi ilə tanınır. Onun səsi təkcə mahnılarda deyil, cəmiyyətdə ədalət carçısı kimi də səslənib.
İlhamə Quliyeva isə parlaq obrazı, dəbdəbəli tərzi və “diva” xarakteri ilə fərqlənirdi. O, səhnəyə çıxanda diqqət mərkəzində olmağı sevərdi, hər sözü, hər addımı ilə tamaşaçını öz cazibəsinə salardı.

Bu iki güclü qadının bir səhnədə uzun müddət yan-yana dayana bilməməsi bəlkə də elə xarakter fərqlərindən qaynaqlanırdı. Hər ikisi lider idi - biri duyğularla, digəri hökmranlıqla idarə olunurdu.

İllər boyu mətbuat onların münasibətlərini “düşmənlik” kimi təqdim etdi. Bu münasibətin kökündə həm də dərin rəqabət vardı. Onlar eyni dövrün ulduzları idilər — hər biri öz tərzində, öz auditoriyası ilə tanınmışdı. Hər biri səhnədə ulduz olmağa layiq idi.

İlhamə Quliyevanın sərt bəyanatları, Flora Kərimovanın prinsipial cavabları illərlə medianın gündəmindən düşmədi. Lakin zaman keçdikcə xalq başa düşdü ki, bu “münaqişə” əslində sənətin içindəki insan duyğularının toqquşmasıdır.

Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyimiz bu foto özü ilə təəccüb, təəssüf dolu çoxlu sualları da ortaya qoyur. 
Tarix bəlli deyil… Məkan Azərbaycan Televiziyasının çəkiliş pavliyonu… Yəqin ki, hansısa bayram konsertidir.

Flora Kərimova və İlhamə Quliyeva yanbayan dayanıblar… Azərbaycanın başqa tanınmış sənət adamları ilə (onlardan bəziləri haqq dünyasına qovuşublar) bir sırada. Gülağa Məmmədov, Natəvan Şeyxova, Oqtay Ağayev və digərləri...

Deyirlər ki, bu iki sənətkarın – Flora Kərimova ilə İlhamə Quliyeva arasındakı konfliktin tarixçəsi o illərə gedib çıxır. Bu fotoşəkildə yanaşı dayanıblar. İlk baxışdan mehribanlıq nümunəsi sayıla bilər.

Amma hər iki azman müğəninin duruşları, simalarındakı ifadə sanki, sonrakı düşmənçilik üçün verilən fitvadır.  İlhamənin özünəməxsus, sanki Floranı arxasında gizlətməyə hesablanmış ədalı duruşu, Floranın isə üzündə “əsl sənətin önünü heç bir maneə ala bilməz” üsyanı…
Digərləri ilə müqayisədə Flora Kərimova və İlhamə Quliyevanın arasındakı məsafəyə baxın... Qırğın o zamandan başlayıbmış... 

İlhamə Quliyeva 2016-cı ildə dünyasını dəyişdi. Onun gedişi Azərbaycan musiqisində böyük boşluq yaratdı.
84 yaşlı Flora Kərimova isə bu gün də səhnədədir, amma illər öncəki söz-savaşlara artıq fərqli bir sakitliklə baxır. Rəqabət unudulub, amma sənət qalır.
Flora Kərimova və İlhamə Quliyevanın münasibəti bəlkə də bizə bir dərs verir: sənət böyükdür, amma insan daha böyükdür. Səhnə parıltısının arxasında qısqanclıq, eqo, duyğular, haqsızlıqlar və sevgilər gizlənir. Amma bu duyğular olmasaydı, bəlkə də o qədər güclü səhnə enerjisi, o qədər emosional mahnılar yaranmazdı.

Bu iki fəqli səhnə ulduzunun işığı bir-birinə qarışmasa da, hər biri Azərbaycan musiqisinin tarixində əbədi qalacaq.
Ə.Qafarlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Oktyabr 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see160

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see138

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri