Icma.az
close
up
RU
Vyanada Mir Cəlalın əsərlərinə həsr olunmuş ədəbi musiqili gecə təşkil edilib

Vyanada Mir Cəlalın əsərlərinə həsr olunmuş ədəbi musiqili gecə təşkil edilib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vyana, 20 may, AZƏRTAC

Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində XX əsr milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunmuş “İnsanlığın yüksək dəyəri” adlı ədəbi-musiqili gecə təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Avstriya ictimaiyyətinin nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova Mir Cəlalın Azərbaycan mədəniyyətində xüsusi yer tutduğunu vurğulayıb. O bildirib ki, yazıçının əsərləri insan, mənəviyyat, xeyirxahlıq və məsuliyyət kimi dəyərləri əks etdirir və bu gün də müxtəlif nəsillərin oxucularına təsir göstərməkdə davam edir.

L. Qasımova qeyd edib ki, Mir Cəlal yalnız böyük yazıçı deyil, həm də nüfuzlu pedaqoq kimi yaddaşlarda yaşayır. Uzun illər Bakı Dövlət Universitetində Azərbaycan ədəbiyyatı kafedrasına rəhbərlik edən görkəmli alim yeni tədqiqatçılar nəslinin yetişməsində mühüm rol oynayıb.

Leyla Qasımova çıxışında Mir Cəlalın ədəbi irsinin beynəlxalq səviyyədə tanıdıldığını diqqətə çatdıraraq, 2008-ci ildə yazıçının 100 illik yubileyinin UNESCO-nun Parisdəki mənzil-qərargahında qeyd olunduğunu xatırladıb. O bildirib ki, müəllifin əsərləri müxtəlif dillərə tərcümə olunub, ötən il isə Almaniyada onun hekayələrindən ibarət yeni kitab nəşr edilərək Berlində təqdim olunub. Vyanadakı tədbirdə isə həmin nəşr, eləcə də daha əvvəl çap olunmuş kitablar ictimaiyyətə təqdim edilir.

Daha sonra türkologiya üzrə mütəxəssis, tədqiqatçı alim Mixael Raynhard Hess Mir Cəlalın həyat və yaradıcılığına dair məruzə ilə çıxış edib. O bildirib ki, Mir Cəlal XX əsr Azərbaycan ədəbiyyatının ən nüfuzlu simalarından biri olmaqla yanaşı, həm böyük yazıçı, həm də görkəmli ədəbiyyatşünas kimi tanınıb.

Alimin sözlərinə görə, Mir Cəlalın yaradıcılığı onun dərin elmi biliyi ilə sıx bağlı olub və bu, onun həm bədii, həm də elmi fəaliyyətində özünü göstərib.

Məruzədə qeyd edilib ki, yazıçının əsərlərində milli kimlik, vətənpərvərlik və cəmiyyətin mənəvi problemləri xüsusi yer tutur. Onun çoxsaylı hekayələri, romanları və publisistik əsərləri Azərbaycan ədəbiyyatında mühüm mərhələ təşkil edir.

Hess həmçinin vurğulayıb ki, Mir Cəlalın üslubunun əsas xüsusiyyətlərindən biri “sadəliyin müdrikliyi”dir, yəni müəllif sadə dil vasitəsilə dərin ictimai və fəlsəfi məzmunu ifadə etməyi bacarıb. Onun əsərləri həm də satirik elementləri və sovet dövründə cəmiyyətin çatışmazlıqlarına tənqidi yanaşması ilə seçilir.

Tədbirin bədii hissəsində Mir Cəlalın alman dilinə tərcümə olunmuş hekayələri əsasında səhnələşdirilmiş təqdimatı olub. Əsərlər musiqili proqramın müşayiəti ilə almanca Yaqut Abdalla, Denis Yastrauniq və Konstantin Tsander tərəfindən səsləndirilib. Musiqi nümunələri tanınmış musiqiçi Tural İsmayılovun bədii rəhbərliyi ilə “Anima Shirvani” qrupunun ifasında təqdim olunub. Proqramda Üzeyir Hacıbəyli, Fikrət Əmirov kimi Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı, Qərb klassik musiqisindən nümunələr səsləndirilib. Ədəbi-musiqili təqdimat tamaşaçıların böyük marağı və sürəkli alqışları ilə qarşılanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 May 2026 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see528

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see513

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see366

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see349

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see261

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see256

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see235

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see234

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see227

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see225

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see223

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see205

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see205

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see202

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see193

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see192

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see190

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see189

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see188

“Qalatasaray”a məğlubiyyət Emerinin ilk səkkizliyə düşmək ümidlərini azaltdı

25 Noyabr 2026 03:08see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri