Vyetnam parlamentinin sədri Nikol Paşinyana qadın şərfi bağışlayıb
Icma.az, Reyting.az portalına istinadən məlumat verir.
Aprelin 4-də baş nazir Nikol Paşinyan Ermənistanda rəsmi səfərdə olan Vyetnam Milli Assambleyasının sədri Çan Txan Manomun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Reyting.az Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, nümayəndə heyəti Paşinyanla görüşə əliboş gəlməyib. Məlumata görə, Vyetnamın parlament sədri baş nazir N. Paşinyana qadın şərfi bağışlayıb.
Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya “Dövlət vəzifəsini tutan şəxsə hədiyyələrin rəsmiləşdirilməsi blankı”nda şərfi 45 312 dram qiymətləndirib.
Bildirilir ki, bambukdan hazırlanmış şərf dekorativ qutudadır.
Bundan əlavə, Man Paşinyana Vyetnam Milli Assambleyasının metaldan hazırlanmış binasının 3D modelini də bağışlayıb. Onun qiyməti 45.000 dramdır.
Ehtimal olunur ki, model Nikol Paşinyan, qadın şərfi isə Anna Akopyan üçün nəzərdə tutulub.
ELÇİN

Nikol Paşinyana rəqib tapıldı
16 May 2025 20:51
XİN Nikol Paşinyana cavab verib
14 Noyabr 2024 18:19
Rəsmi Bakıdan Nikol Paşinyana cavab
15 Noyabr 2024 10:24
Müxalifət Nikol Paşinyana təzyiqləri artırır
25 Sentyabr 2025 11:54
Ayxan Hacızadə Nikol Paşinyana cavab verib
14 Noyabr 2024 17:53

