Icma.az
close
up
RU
Nikol Paşinyana rəqib tapıldı

Nikol Paşinyana rəqib tapıldı

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Son zamanlar Ermənistanda Baş nazir Nikol Paşinyanın ətrafında siyasi qalmaqallar çoxalır. İddialar var ki, onun 2026-cı ilin parlament seçkilərinə qədər impiçment yolu ilə hakimiyyətdən uzaqlaşdırılmasına hazırlıq gedir. Bu məsələdə Rusiyanın ciddi dəstək verdiyi “Qarabağ klanı”, xüsusən keçmiş prezidentlər - Robert Köçəryan və Serj Sarkisyan daha aktivdir. Rusiya Prezident Aparatı rəhbərinin birinci müavini Sergey Kiriyenkonun Ermənistanla münasibətlərə kurator təyin edilməsi də prosesin tərkib hissəsi kimi izah olunur.

Mövzu ilə bağlı Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Rasim Musabəyov Paşinyanın impiçmenti məsələsinin elə də asan olmadığını deyib.

Onun fikrincə, Ermənistan parlamentində baş nazirin impiçmenti məsələsini gündəliyə salmaq üçün minimum 36 deputatın səsi lazımdır: “Erməni müxalifətinin isə parlamentdə üst-üstə 34 səsi var. Onlar hakim partiyadan iki səs ala bilsələr, məsələni gündəliyə sala bilərlər. Belə bir imkanları yoxdur deyə, Paşinyana küçədən təzyiq etmək qərarına gəliblər. Bunu bacarıb-bacarmayacaqları isə sual altındadır.

Paşinyan komdandası da əks-hücuma keçib. Köçəryanın "maliyyə imperiyası"nı dağıtmaq haqqında qərar qəbul ediblər, onun əmlaklarını müsadirə edib, həbs olunması da qaçılmazdır”.

Rasim Musabəyov hesab edir ki, kənar qüvvələr Köçəryan kartı ilə Paşinyana qarşı uğur qazana bilməyəcəklərini dərk edirlər: “Ola bilsin, ayrı namizəd üzərində dayansınlar. Məsələdə Serj Sarkisyanın prezidentliyi dövründə (2008-2018) Ermənistanın baş naziri olmuş Karen Karapetyanın adı hallanır. Karapetyan Moskvadan birbaşa təlimatla Ermənistana göndərilmişdi. Düşünürdülər ki, Sarkisyan hakimiyyəti ona ötürəcək, amma o, özü postda qalmaq qərarı verdi. Nəticədə ümumiyyətlə hakimiyyətini itirdi. Ona görə də Moskva çalışacaq ki, diasporun imkanlarını səfərbər edib, Karapetyanı Paşinyana qarşı ciddi təhdid kimi qabartsın. Ona yıxa bilməsələr də, istəklərinə müəyyən qədər nail olmaq niyyətləri var”.

Politoloq Fərhad Mehdiyev isə hesab edir ki, Nikol Paşinyanın impiçmenti ilə bağlı Ermənistan konstitusiya məhkəməsinin rəyi olmalıdır.

“Hazırda onlar Paşinyanı maliyyə fırıldaqçılığında ittiham edirlər. Amma bilirlər ki, bu arqumentləri çox zəifdir. Daha çox onu xarici qüvvələrlə sövdələşməkdə ittiham edəcəklər. İddia irəli sürəcəklər ki, Ermənistanın milli maraqlarına zərbə vurulub və sair. Sözsüz ki, bunu sübut etmək çətin məsələdir. Ona görə də bu prosesdə uğur qazanacaqları inandırıcı deyil”, - o qeyd edib.

Fərhad Mehdiyevin fikrincə, 2026-cı ildə Rusiyanın dəstək verdiyi fiqurların Paşinyana ciddi təsir edəcəyi ilə bağlı dəqiq proqnozlar yoxdur: “Bu baxımdan indiki situasiyada Paşinyanın impiçment məsələsi elə də perspektivli görünmür. Ermənistanda mümkün hakimiyyət dəyişikliyi Azərbaycanla aparılan sülh prosesinin pozulmasına səbəb ola bilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://news24.az
archiveBu xəbər 16 May 2025 20:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see282

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see270

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see261

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see257

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see255

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see241

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see240

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see239

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see235

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see231

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see221

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see218

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see218

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see217

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see212

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see211

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see207

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see205

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see199

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri