Icma.az
close
up
RU
Welt: “Kiyev yalnız Aİ üzvlüyü çətirinə ümid edə bilər”

Welt: “Kiyev yalnız Aİ üzvlüyü çətirinə ümid edə bilər”

Icma.az, Azvision saytına istinadən bildirir.

AzVision.az xəbər verir ki, Almaniyanın “Welt” nəşrində dərc olunan materialda belə deyilir. Məqalədə bildirilir ki, Aİ-yə qoşulmaq perspektivi Kiyevi gələcək sülh naminə ərazilərin verilməsinə razı olmağa inandırmalıdır.
Almaniya kansleri Fridrix Merts Avropanın Ukraynanı necə müdafiə edəcəyi barədə indi bir plan hazırlaması tələbini qeyri-adi dərəcədə açıq şəkildə ortaya qoyur.
“İndi bu prosesi Avropa səviyyəsində necə təşkil etmək niyyətində olduğumuzu ətraflı şəkildə aydınlaşdırmalıyıq”, – Merts keçən həftə Münhen Təhlükəsizlik Konfransında deyib.
Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen də bu mövqeni dəstəkləyib.
- Aİ daxilində qarşılıqlı yardım seçim yox, birlik haqqında Müqavilənin 42-ci maddəsinin 7-ci bəndində təsbit edilmiş öhdəlikdir”, – siyasətçi vurğulayıb.
Bu bənd 2009-cu ildə Aİ haqqında Müqaviləyə daxil ediləndə, demək olar ki, heç kim buna ehtiyac yaranacağını düşünmürdü. Çünki Soyuq müharibənin bitməsindən sonra Rusiyanın Avropaya hücumu uzun müddət ağlasığmaz görünürdü.
“Müdafiə məsələsi onilliklər boyu NATO-nun yeganə məsuliyyəti olaraq qaldı. Lakin bu vəziyyət dəyişdi. NATO-ya üzv olan bir çox Avropa ölkələri hücuma məruz qalacaqları halda Donald Trampın rəhbərliyi altında amerikalıların öz müttəfiqlərini müdafiə etməyə həqiqətən hazır olub-olmadığına şübhə ilə yanaşırlar. Bundan əlavə, Avropada döyüşlər dörd ildir ki, davam edir”, – qəzet vurğulayır.
Lakin Aİ-nin qarşılıqlı yardım bəndinin qarşıdakı aylarda yüksək siyasətdə əsas mövzuya çevrilməsinin başqa bir səbəbi də var: Ukrayna Aİ-yə qoşulduqdan sonra bu bənd həmin ölkəyə də şamil olunacaq. Bu, Kiyevin etibar edə biləcəyi yeganə “hərbi çətir” ola bilər, çünki Ukraynanın NATO-ya qoşulması onilliklər ərzində qadağa qoyulmuş mövzu sayılır. Eyni zamanda, NATO diplomatlarının qiymətləndirmələrinə görə, Ukraynanın “cari onilliyin sonuna qədər” Aİ-yə sürətli qoşulması praktik olaraq qaçılmazdır. Çünki Ukrayna, Rusiya və ABŞ-nin münaqişənin həlli üzrə müzakirə etdiyi 20 maddəlik sülh planı Kiyevin Aİ-yə üzvlük tarixini 2027-ci il kimi müəyyənləşdirir. Avropalılar hazırkı danışıqlarda birbaşa iştirak etməsələr də, potensial sülh müqaviləsini təhlükə altına almaq istəmirlərsə, çox güman ki, sürətləndirilmiş versiya ilə razılaşmaq məcburiyyətində qalacaqlar.
Brüssel Ukraynanın gələn il Aİ-yə qoşulacağını gözləmir. Lakin diplomatlar bunun bir neçə ildən sonra, “yəni 2028, 2029 və ya ən geci 2030-cu ildə” baş verə biləcəyini etiraf edirlər.
Ukrayna Prezidenti Volodimir Zelenski, öz növbəsində, tərəfdaşlarına təzyiq göstərir.
“Aİ-yə qoşulmaq üçün konkret bir tarixə ehtiyacımız var, əks halda Rusiya prosesi birbaşa və ya digər Avropa ölkələri vasitəsilə bloklamağa çalışacaq”, – Zelenski Münhen Təhlükəsizlik Konfransında bildirib.
Brüssel diplomatlarının fikrincə, Ukrayna və Rusiya arasında vasitəçi kimi çıxış edən amerikalıların nəticəyə dair baxışı getdikcə daha da aydınlaşır. Kiyev təbii ehtiyatlarla zəngin Donbası Rusiyanın nəzarətinə təslim etmək müqabilində Aİ üzvlüyü və təhlükəsizlik zəmanətləri almalıdır.
Donald Tramp hazırda Kiyevə güclü təzyiq göstərir. Onun tez bir həll yoluna ehtiyacı var – ABŞ-nin 250 illik yubileyini qeyd edəcəyi 4 iyula qədər. Beləliklə, Tramp özünü sülhməramlı lider kimi təqdim edə və payızda keçiriləcək Konqres seçkiləri öncəsi əlavə impuls qazana bilər.
- Amerika liderinin fikrincə, Moskva razılaşma istəyir və Zelenski səy göstərməlidir, əks halda o, “əla fürsəti” əldən verəcək. Aİ üzvlüyü və təhlükəsizlik zəmanətləri müqabilində ərazi itirmək Trampın Ukrayna ilə bağlı münaqişənin həlli üçün formulu kimi görünür”, – qəzet diqqətə çatdırır.
Brüsseldəki diplomatlar əmindirlər ki, Zelenskinin Ukrayna cəmiyyətini Rusiyanın maraqları naminə ərazi güzəştlərini qəbul etməyə razı salmaq üçün “həqiqətən inandırıcı bir təklifə” ehtiyacı var.
Buna görə də, Aİ Ukraynanın sürətləndirilmiş üzvlüyünə razı ola bilər. Fevralın əvvəlində AK-nin rəhbəri 27 Aİ səfiri ilə daxili görüşdə “tərsinə genişlənmə (reversed enlargement)” terminini işlədib. Bu, bir ölkənin bütün üzvlük meyarları yerinə yetirildikdən sonra deyil, prosesin əvvəlində Aİ üzvü olması deməkdir. Brüsselin texnokratik dilinin arxasında sadə bir məntiq dayanır: əvvəlcə Ukrayna (və Moldova) üçün tam üzvlük, sonra isə onun praktik tətbiqi mərhələli şəkildə həyata keçiriləcək. Başqa sözlə, bir növ “hissə-hissə daxil olma planı”.
Brüsselin hərbi dairələri son iki ildir ki, bir çox Aİ ölkəsinin Ukraynanın sürətli qoşulmasına qarşı çıxdığını iddia edir. Aİ hərbi rəsmilərindən birinin sözlərinə görə, bu, həm də birliyin “uğursuz müdafiə tələsinə düşəcəyi” iddiası ilə bağlıdır. Buna görə də Brüssel və Berlin uzun müddətdir ki, mümkün olduqca 42-ci maddənin 7-ci bəndi ilə bağlı müzakirələrdən yayınmağa çalışırlar. Nəşrin qənaətinə görə, amma indi onlar bunu etməli olacaqlar.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://azvision.az
archiveBu xəbər 20 Fevral 2026 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri