Ukrayna Aİ üzvlüyü üçün şərtini açıqladı
Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
Ukrayna Avropa İttifaqına (Aİ) yalnız taxılı məhdudiyyətsiz ixrac etmək imkanı əldə edəcəyi təqdirdə qoşulmağa hazırdır.
Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin kənd təsərrüfatı naziri Taras Visotski “Politico” nəşrinə müsahibəsində bildirib.
O vurğulayıb ki, Kiyev müəyyən ərzaq məhsullarının Aİ ölkələrinə satışını daimi olaraq məhdudlaşdıran üzvlük modelini qəbul etməyəcək.
“Bizim üçün keçid dövrü ilə daimi məhdudiyyət arasında fundamental fərq var. Ukrayna birincisinə hazırdır. İkincisi isə Avropa İttifaqına tamhüquqlu üzvlüyün məntiqinə zidd olardı”, – deyə Visotski qeyd edib.
Onun sözlərinə görə, Ukrayna Aİ-nin üçüncü ölkələrdən idxaldan asılılığını azaltmağa və Avropa məhsul istehsalçılarına Qara dəniz vasitəsilə ixrac marşrutlarına daha yaxşı çıxış imkanı təmin etməyə kömək edə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 06 Oktyabr 2026 23:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















