Icma.az
close
up
RU
WhatsApp da yeni funksiyalar: Qrup söhbətlərindən sənəd skanına qədər...

WhatsApp da yeni funksiyalar: Qrup söhbətlərindən sənəd skanına qədər...

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"WhatsApp" həm qrup, həm də fərdi söhbətlər üçün gətirdiyi yeniliklərlə istifadəçilərinə daha təkmilləşdirilmiş təcrübə təqdim edir. Bu funksiyalar ünsiyyət prosesini daha praktik və effektiv hala gətirəcək.

Ölkə.az Qaynarinfo-ya istinadən xəbər verir ki, populyar mesajlaşma tətbiqi "WhatsApp" söhbətlərdən zənglərə və "Yeniləmələr" bölməsinə qədər bir çox yeni xüsusiyyəti təqdim etdiyini açıqlayıb. 

Söhbət yeniləmələri

Qrup söhbətlərində artıq yeni qaydalar tətbiq olunur. "WhatsApp", qrup mesajlarına onlayn göstərici əlavə edərək, hansı istifadəçilərin hazırda aktiv olduğunu görməyə imkan yaradır. Bu funksiya söhbətin real vaxtda nə qədər diqqət çəkdiyini anlamağa kömək edir. Göstərici, qrup adının altında yerləşir.

Bundan əlavə, qrup söhbəti ayarlarına əlavə olunan "Bunun üçün bildiriş göndər” bölməsi ilə bildirişləri fərdiləşdirmək mümkündür. "Vacib məqamlar” seçimi yalnız @istifadəçi adı ilə qeyd olunan mesajları, cavabları və qeyd olunmuş kontaktlardan gələn ismarıcları əhatə edir. Bildirişlərin idarəsi tamamilə istifadəçinin nəzarətindədir - istəsəniz bütün mesajlar üçün bildiriş ala, istəsəniz isə tamamilə səssiz rejimi seçə bilərsiniz.

Əlavə olaraq, əvvəllər yalnız qrup söhbətlərinə xas olan tədbir yaratmaq funksiyası artıq fərdi söhbətlərdə də istifadə oluna bilər.

"iPhone"a məxsus yeni funksiyalar

"iOS" istifadəçiləri üçün iki yeni imkan təqdim olunub:

"WhatsApp" iOS istifadəçilərinə daxili sənəd skaneri təqdim edir. İndi sənədləri asanlıqla skan etmək mümkündür; bu funksiya əlavə panelindəki "Sənədi skan et” seçimində yerləşir. Skanetmə, kəsmə və yadda saxlama prosesi olduqca sadədir.

Tətbiq "iPhone" cihazınızda varsayılan zəng və mesajlaşma tətbiqi kimi təyin oluna bilər. Bu, tətbiqin iOS ekosisteminə daha uyğun olmasını təmin edir.

Söhbətlərdə reaksiya köçürmə funksiyası

Mesajlara verilmiş reaksiyaları kopyalama funksiyası ilə artıq başqasının verdiyi reaksiyanı axtarmadan, birbaşa surətini çıxarmaq mümkündür.

Zənglərə dair yeniliklər

"WhatsApp" vasitəsilə zəng zamanı aşağıdakı yeniliklər istifadəçiləri gözləyir:

iOS üzərindən görüntülü zəng zamanı ekranı sıxaraq yaxınlaşdırma (zoom) funksiyası istifadəyə verilib. Bu, həm istifadəçinin öz video görüntüsündə, həm də danışdığı şəxsin videosunda işləkdir.

Artıq fərdi zəng zamanı başqa bir istifadəçini söhbətə əlavə etmək daha asandır - "Zəngə əlavə et” funksiyası ilə bu, rahat şəkildə icra oluna bilər.

"Yeniləmələr” bölməsindəki dəyişikliklər

"Yeniləmələr” sekmesində kanal rəhbərləri üçün üç yeni imkan yaradılıb:

* Kanal rəhbərləri birbaşa tətbiqdən 60 saniyəni aşmayan videolar çəkərək izləyicilərlə paylaşa biləcəklər.

* Səsli mesaj yeniləmələri üçün transkript (mətn versiyası) görüntüləmə funksiyası əlavə olunub.

* Kanal rəhbərləri kanallarını təbliğ etmək üçün QR kodlar yaradaraq paylaşa biləcəklər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://olke.az
archiveBu xəbər 11 Aprel 2025 23:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see462

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see405

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see403

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see304

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see291

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see285

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see283

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see280

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see271

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see267

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see249

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see244

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see243

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see239

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see238

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see238

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see237

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see235

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see232

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see230
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri