“WhatsApp” naməlum nömrələrə mesaj göndərənlərə xəbərdarlıq ediləcək
Icma.az bildirir, Lent az portalına istinadən.
“WhatsApp” istifadəçilər üçün dələduzluq cəhdlərindən qorumaq məqsədilə yeni təhlükəsizlik funksiyası hazırlayır.
Lent.az xəbər verir ki, yeni sistem sayəsində istifadəçilər telefon kitabçasında qeydə alınmayan nömrə ilə söhbətə başlamazdan əvvəl xəbərdarlıq pəncərəsi ilə qarşılaşacaqlar.
Xəbərdarlıq ekranında nömrənin hansı ölkəyə aid olduğu, kontakt siyahısında olub-olmaması və ortaq qrupların mövcudluğu kimi məlumatlar göstəriləcək. İstifadəçi bu məlumatlara əsasən söhbəti davam etdirmək və ya ləğv etmək qərarı verə biləcək. Bu seçim qarşı tərəfə bildirilməyəcək.
Hazırda həm Android, həm də “iPhone” cihazlarında sınaqdan keçirilən funksiya riskli əlaqələri hələ yazışma başlamazdan əvvəl müəyyən etməyi və xüsusilə xarici ölkələrdən gələn şübhəli mesajlarla bağlı dələduzluq hallarının qarşısını almağı hədəfləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 27 İyun 2026 02:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















