WhatsApp üzərindən şəxsi təhqirə görə hansı cəza verilir?
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
WhatsApp üzərindən şəxsi təhqirlərlə bağlı hüquqi məsuliyyət məsələsi cəmiyyətdə tez-tez müzakirə olunur. Bəs belə hallarda qarşı tərəfi hansı cəza gözləyə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Müşfiq Abbasov bildirib ki, fərdi şəkildə, yəni bir şəxsin digər şəxsə WhatsApp üzərindən yazılı formada təhqir göndərməsi cinayət məsuliyyəti yaratmır.
Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyinə əsasən təhqir yalnız kütləvi informasiya vasitələrində, ictimai yerlərdə və ya geniş auditoriyaya açıq platformalarda yayıldıqda cinayət tərkibi yarada bilər:
“Əgər təhqir KİV-də, sosial şəbəkələrdə və ya kütləvi şəkildə nümayiş etdirilən məkanda baş verərsə, bu halda cinayət məsuliyyəti yarana bilər. Amma şəxs digərinə birbaşa WhatsApp mesajı ilə təhqir yazırsa, buna görə cinayət məsuliyyəti nəzərdə tutulmur”.
Hüquqşünas əlavə edib ki, belə hallarda zərərçəkən şəxs mülki qaydada məhkəməyə müraciət edərək şərəf və ləyaqətin təhqir olunmasına görə maddi və mənəvi kompensasiya tələb edə bilər.
M.Abbasovun sözlərinə görə, istisna hal WhatsApp qrupları ilə bağlıdır:
“Əgər təhqir bir nəfərə deyil, WhatsApp qrupunda paylaşılaraq bir neçə şəxsin görəcəyi formada yazılarsa, bu artıq kütləvilik hesab olunur və cinayət məsuliyyəti yaradır”.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 04 Fevral 2026 18:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur








Günün ən çox oxunanları



















