Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

İran Beynəlxalq Dəniz Təşkilatına ABŞ və İsrailin hücumlarına dair sübutlar təqdim edib IRNA

Dələduzlar artıq WhatsApp üzərindən ov edir EKSPERT RƏYİ

Dələduzlar artıq WhatsApp üzərindən ov edir EKSPERT RƏYİ

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kiberdələduzlar insanların etibarından sui-istifadə edərək qısa müddətdə çoxlu sayda şəxsi aldatmağı hədəfləyirlər

Bu gün redaksiyamıza daxil olan şikayətə görə, vətəndaş Kəmalə Səfərovanın "WhatsApp" hesabı kiberdələduzlar tərəfindən ələ keçirilib. "Limura MMC" adlı səhifə "TikTok"da kredit imkanları barədə video paylaşıb. K.Səfərova məlumat əldə etmək üçün səhifəyə mesaj ünvanlayıb. Özünü şirkətin operatoru kimi təqdim edən dələduz, vətəndaşı tələyə salmaq üçün onun ad, soyad, ata adı və doğum tarixini tələb edib. O qədər peşəkardırlar ki, məlumatları istədikdə, sonda “məlumatlarınız məxfi saxlanılır” tipli aldadıcı ifadələrə də yer veriblər.

K.Səfərova telefonunun mesajlar bölməsinə gələn xüsusi kodu qarşı tərəfə ötürdüyünü, bundan dərhal sonra isə "WhatsApp" hesabının ələ keçirildiyini qeyd edib. Kiberdələduz vətəndaşın kontaktında olan tanışlarından müxtəlif məbləğlərdə pul tələb edib. 

Məsələ ilə bağlı İT mütəxəssisi Əmrah Mövsümzadə Sherg.az-a bildirib ki, kiberdələduzluq halları kəskin şəkildə artıb:

“Artıq kiberdələduzlar praktiki olaraq bütün sosial platformalarda fəallaşıblar. Hazırda ən populyar yazışma platforması "WhatsApp" olduğu üçün dələduzlar da çirkin niyyətlərini məhz bu tətbiq üzərindən həyata keçirməyə çalışırlar. Telefon fiziki olaraq başqasının əlinə keçmədən də "WhatsApp" hesabını ələ keçirmək texniki baxımdan mümkündür. Ən çox rast gəlinən üsullardan biri istifadəçini aldadaraq SMS təsdiq kodunu və doğrulama məlumatlarını ələ keçirməkdir. Sadə dildə ifadə etsək, onlar özlərini rəsmi qurumların əməkdaşı kimi qələmə verir, hesaba nüfuz etmək üçün tələ kimi SMS kodlar və keçidlər yollayırlar. Bu texnika tilova yem taxıb balıq ovlamaq məntiqi üzərində qurulub”. 

Mütəxəssisin sözlərinə görə, dələduzlar təkcə kod istəməklə kifayətlənmir:

“Onlar tətbiqlərin kopyası olan saxta səhifələr yaradır, telefonlara gizli viruslar salır və hiyləgər sözlərlə insanları inandırıb hesabları oğurlayırlar. Lakin tək bir tətbiqin ələ keçirilməsi bütün telefonun kontrolunun itirilməsi anlamına gəlmir. Vətəndaşlara tövsiyəmiz odur ki, sosial şəbəkə hesablarında mütləq ikiaddımlı autentifikasiyanı (doğrulamanı) aktiv saxlasınlar, güclü PİN-kod təyin etsinlər. Heç bir halda SMS ilə gələn təsdiq kodunu və doğrulama məlumatlarını başqa şəxslərlə paylaşmasınlar”. 

Ə. Mövsümzadə onu da qeyd edib ki, kiberdələduzlar insanların etibarından sui-istifadə edərək qısa müddətdə çoxlu sayda şəxsi aldatmağı hədəfləyirlər:

“Əgər yaxınlarınızın adından "WhatsApp" və ya digər messencerlərlə pul istənilirsə, tələsik ödəniş etməyin. Mütləq həmin şəxsə adi telefon zəngi edib, açıb-açmayacağını aydınlaşdırın. Zatən açmadıqda, yazan şəxsin tanışınızın deyil, kiberdələduz olduğunu hiss edəcəksiniz. Bir neçə sadə kibertəhlükəsizlik qaydasına əməl etməklə kibercinayətkarların böyük hissəsinin qarşısını almaq mümkündür. Bunun da əsasında kibermaariflənmə dayanır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 İyul 2026 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see617

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see511

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see460

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see334

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see326

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see308

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see290

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see278

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see267

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see252

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see244

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see236

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see212

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see209

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see209

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see206

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see196

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see194

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see190

İran Beynəlxalq Dəniz Təşkilatına ABŞ və İsrailin hücumlarına dair sübutlar təqdim edib IRNA

01 Noyabr 2026 15:40see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri