Icma.az
close
up
RU
“WhatsApp”da bunu edənlər cərimələnir

“WhatsApp”da bunu edənlər cərimələnir

Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün sosial şəbəkələrdə, xüsusən də “WhatsApp”da şəxsin icazəsi olmadan onun görüntülərinin, səs yazılarının yayılması hallarına tez-tez rast gəlinir.

Hüquqşünas Şamil Paşayev Metbuat.az-a açıqlamasında bildirib ki, əgər iki şəxs arasında telefon danışığı baş verirsə, həmin söhbətin digər şəxsin xəbəri və razılığı olmadan səs və ya video formasında qeydə alınaraq yayılması hüquqi məsuliyyət yarada bilər:

“Videozəng və ya telefon danışığı zamanı qarşı tərəfin görüntüsü və səsinin yazılması barədə ona əvvəlcədən məlumat verilməlidir. Əks halda bu, şəxsi həyata müdaxilə kimi qiymətləndirilə bilər. Bu cür hallar, xüsusilə də şantaj və ya başqa məqsədlərlə istifadə olunduqda “hədə-qorxu ilə tələb etmə” kimi dəyərləndirilərək Cinayət Məcəlləsinin müvafiq maddələri ilə hüquqi məsuliyyətə səbəb olur”.

Ş.Paşayev xatırladıb ki, Konstitusiyamızın 32-ci maddəsinə əsasən, hər kəsin şəxsi toxunulmazlıq və şəxsi həyatının gizliliyi hüququ var:

“Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, kiminsə razılığı olmadan onun haqqında məlumatların toplanılması, saxlanılması, istifadəsi və yayılması qadağandır. Həmçinin, şəxsin xəbəri olmadan onun izlənilməsi, foto və ya video çəkilməsi, yaxud səsinin yazılması hüquqa zidd hesab olunur. Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən isə şəxsi və ailə sirri hesab edilən məlumatların qanunsuz yolla əldə olunması, bu məlumatları əks etdirən sənədlərin, audio və vizual materialların yayılması və ya ötürülməsi inzibati və ya cinayət məsuliyyəti doğurur. Bu kimi əməllər 1000 manatdan 2000 manatadək cərimə, 240 saatdan 480 saatadək ictimai işlər və ya bir ilədək islah işləri ilə cəzalandırıla bilər. Əgər bu hərəkətlər vəzifəli şəxs tərəfindən öz səlahiyyətlərindən sui-istifadə edilərək törədilərsə, həmin şəxs 3 ilədək müəyyən vəzifə tutmaq hüququndan məhrum edilə, 2 ilədək azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 22 İyul 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see297

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see292

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see283

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see270

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see263

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see259

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see245

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see234

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see228

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see220

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see209

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see204

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see182

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri