“WhatsApp”da süni intellekt böhranı: Avropa Birliyin xəbərdarlıq etdi
Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Avropa Birliyinin tənzimləyici orqanı, “WhatsApp”ın ana şirkəti Metanın, üçüncü tərəf olan süni intellekt köməkçilərini bloklamaqla antiinhisar qanunlarını pozduğuna dair ilkin rəy verib.
Lent.az xəbər verir ki, komissiya Metanın bu addımının rəqiblərin süni intellektin bazarına çıxışını məhdudlaşdıra biləcəyindən narahatdır.
AB Komissiyasının vitse-prezidenti Tereza Ribera dominant texnologiya şirkətlərinin ədalətsiz üstünlük əldə etmək üçün səlahiyyətlərindən istifadə etməsinə icazə verilməyəcəyini vurğulayıb.
Ribera bildirib ki, istintaq davam edərkən rəqiblərin “WhatsApp”a çıxışını qorumaq üçün Metaya qarşı müvəqqəti tədbirlər tez bir zamanda tətbiq oluna bilər.
Qeyd edək ki, böhran Meta tərəfindən oktyabr ayında açıqlanan və Meta süni intellektini platformada yeganə seçim halına gətirən “WhatsApp Business” yeniləməsi ilə başlayıb.
Dekabr ayında başlayan istintaq, şirkətin yeni siyasətinin Avropada rəqabətə düzəlməz zərər verə biləcəyi şübhələri səbəbindən dərinləşdirilir.
Meta sözçüsü “Reuters”ə bildirib ki, AB-nin müdaxiləsi üçün heç bir əsas yoxdur.
Şirkət iddia edib ki, istifadəçilər artıq tətbiq mağazaları və digər platformalar vasitəsilə bir çox müxtəlif süni intellektin seçimlərinə çıxış əldə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 11 Fevral 2026 04:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















