Icma.az
close
up
RU
Avropa İttifaqı “WhatsApp”da süni intellektə çıxışın məhdudlaşdırılmasını araşdırır

Avropa İttifaqı “WhatsApp”da süni intellektə çıxışın məhdudlaşdırılmasını araşdırır

Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı “WhatsApp”da süni intellektə çıxışın məhdudlaşdırılmasını araşdırır.

Banco.az xəbər verir ki, Avropa İttifaqı Komissiyası “Meta” şirkətinə məxsus “WhatsApp” tətbiqində digər süni intellekt təminatçılarının çıxış imkanlarının məhdudlaşdırılması ilə bağlı aparılan araşdırma çərçivəsində irəli sürülən ittihamları əhatə edən rəsmi etiraz bildirişinin göndərildiyini açıqlayıb.

Açıqlamada qeyd olunub ki, Avropa İttifaqı “Meta”nın üçüncü tərəf süni intellekt köməkçilərinin “WhatsApp” vasitəsilə istifadəçilərə çıxışını və onlarla qarşılıqlı əlaqəsini əngəlləməklə Avropa İttifaqının rəqabət qaydalarını pozduğuna dair ilkin qənaətə malikdir. Bildirilib ki, “Meta”nın bu davranışı rəqiblərin sürətlə böyüyən süni intellekt köməkçiləri bazarına daxil olmasını və ya fəaliyyətlərini genişləndirməsini əngəlləmək riski yaradır.

Açıqlamada, Avropa İttifaqı Komissiyasının “Meta”nın cavab vermək və müdafiə hüquqlarını qorumaq imkanları saxlanılmaqla, sözügedən siyasət dəyişikliyinin bazarda ciddi və sonradan aradan qaldırılması mümkün olmayan zərərlərə yol açmasının qarşısını almaq məqsədilə “müvəqqəti tədbirlər” tətbiq etməyi planlaşdırdığı bildirilib.

Məlumatda xatırladılıb ki, “Meta” 15 oktyabr 2025-ci il tarixində “WhatsApp” tətbiqində yeniləmə elan edərək üçüncü tərəfə məxsus ümumi təyinatlı süni intellekt köməkçilərinin istifadəsini faktiki olaraq qadağan edib. Qeyd olunub ki, 15 yanvar 2026-cı ildən etibarən “WhatsApp” üzərindən istifadə edilə bilən yeganə süni intellekt köməkçisi “Meta”nın öz aləti olan “Meta AI” olub və rəqib həllər prosesdən kənarda saxlanılıb.

Avropa Birliyi ölkələrində fəaliyyət göstərən şirkətlərin öz sahələrində rəqabət qaydalarına zidd hərəkətlərə yol verib-vermədiyini yoxlamaq səlahiyyəti Avropa İttifaqı Komissiyasına məxsusdur.

Komissiya bu cür araşdırmalar çərçivəsində bazarda rəqabətə zidd vəziyyətin mövcud olub-olmadığını qiymətləndirir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://banco.az
archiveBu xəbər 09 Fevral 2026 22:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see368

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see366

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see327

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see317

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see317

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see316

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see300

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see299

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see292

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see258

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see242

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see241

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see236

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see232

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see223

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see193

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see193

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see191

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see176

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri