Icma.az
close
up
RU
“WhatsApp”la bağlı HƏYƏCAN TƏBİLİ Təhlükə var!

“WhatsApp”la bağlı HƏYƏCAN TƏBİLİ Təhlükə var!

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"WhatsApp"da yeni funksiya yaradılacaq. Bildirilir ki, vatsap digər proqramlardan gələn yazışmalara dair sorğuları qəbul etməyə və ya rədd etməyə imkan verəcək funksiya hazırlayır. Bu seçim istifadəçilərə kimsə üçüncü tərəf proqramından onlara mesaj göndərməyə çalışdıqda bildirişləri qəbul edib-etməməyi seçmək və onlara xarici platformalardan başlayan qarşılıqlı əlaqə üzərində daha çox nəzarət imkanı verəcək.

Bu yenilik insanları dələduzlardan qorumaq üçün nə dərəcədə effektivdir? Beləliklə, onlayn yolla insanları tələyə salmağa çalışanların qarşısı alına bilərmi?

Sözügedən məsələ barədə “Yeni Sabah”a açıqlama verən İKT üzrə ekspert Bəhruz Əliyev bu funksiyanın dələduzluq əməllərinin qarşısını qismən alacağını bildirib:

“WhatsApp”da yeni funksiyanın istifadəyə verilməsi, istifadəçilərin üçüncü tərəf proqramlarından (İlkin olaraq, düşünürəm ki, Facebook, Instagram kimi platformalarından) gələn mesajları qəbul etmə və ya rədd etmə imkanı yaratmaqla, şübhəli və dələduzluq məqsədli mesajlardan qorunmaq baxımından müsbət bir addım ola bilər, amma tələyə salmağa çalışanların qarşısını tamamilə alacaq qədər, xüsusi bir köməyi olmayacaq.

Yeni funksiya əsasən xarici proqramlardan “WhatsApp”a gələn yazışmalara dair xəbərdarlıq və idarəetmə imkanı təklif edir. Bu, istifadəçilərə xarici platformalardan gələn mesajları daha asanlıqla bloklamağa və ya qəbul etməyə imkan verəcək. Məsələn, dələduzlar digər tətbiqlər üzərindən “WhatsApp”a mesaj göndərməklə istifadəçiləri aldatmağa çalışarsa, istifadəçi bu cür mesajları qəbul etməyərək onların qarşısını ala bilər. Bu, xüsusilə spam, fişing və saxta reklamlar kimi xarici platformalardan gələn dələduzluq cəhdlərinin qarşısını almağa kömək edə bilər”.

Ekspert qeyd edib ki, həmin funksiya yalnız xarici tətbiqlərdən gələn mesajlara aiddir:

“Bu, WhatsApp daxilindəki dələduzluq fəaliyyətləri, məsələn, saxta bank mesajları, "qələbə" bildirişləri, və ya şübhəli şəxslərin birbaşa olaraq WhatsApp üzərindən istifadəçilərlə əlaqə qurması halları üçün  hər hansı bir həll deyil. Yəni, bu xüsusiyyət, WhatsApp daxilindəki, birbaşa dələduzluq cəhdlərinə qarşı tədbir deyil.

Bir çox dələduzlar hələ də sosial mühəndislik üsulları ilə insanları aldatmağa davam edir. Məsələn, İstifadəçilərin “WhatsApp”da gələn mesajları qəbul edib-etməməyi seçmək imkanı olsa da, dələduzlar insanların zəif tərəflərindən istifadə etməyə davam edirlər. Onlar saxta əlaqələr qurmaq, zənglər və ya mesajlar vasitəsilə insanları aldatmağa çalışa bilərlər. Bu funksiyanın yalnız üçüncü tərəf tətbiqlər ilə əlaqədardır və “WhatsApp” daxilindəki şübhəli və ya təhlükəli yazışmaları aradan qaldırmır.

Yeni funksiya, istifadəçilərin xarici proqramlardan gələn mesajları daha yaxşı idarə etmələrinə kömək edəcək, amma dələduzluqlara qarşı mübarizənin yalnız texniki həllərlə bitmədiyini bilmək lazımdır. İstifadəçilərin məlumatlı olması, saxta mesajları tanımaq və şübhəli əlaqələrdən qaçmaq kimi davranışları inkişaf etdirmək çox vacibdir. Bunun üçün də əsas yol daimi maariflənmədən keçir”.

B.Əliyev onu da vurğulayıb ki, sözügedən yazışma platforması daxilində bir sıra aldatma üsulları hələ də təhlükə riski yaradır:

“Beləliklə bilmək lazımdır ki, yeni imkan istifadəçilərə "WhatsApp"da xarici tətbiqlərdən gələn mesajlar üzərində daha çox nəzarət imkanı verərək bəzi dələduzluq və spam halları ilə mübarizədə müsbət rol oynaya bilər. Lakin, yalnız bu xüsusiyyətlə dələduzların qarşısını tamamilə almaq mümkün deyil, çünki “WhatsApp” daxilində birbaşa mesajlaşma və sosial mühəndislik üsulları ilə aparılan aldatma halları hələ də ciddi təhlükə olaraq qalır. İnsanları onlayn tələlərdən qorumaq üçün həm texnoloji həllər, həm də istifadəçilərin maariflənməsi vacibdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://news24.az
archiveBu xəbər 07 Noyabr 2024 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see441

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see287

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see282

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see272

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see272

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see268

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see268

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see268

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see262

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see259

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see235

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see232

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see217

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see215

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see215

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see206

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see199

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see193

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see187

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

02 Sentyabr 2026 05:49see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri