Icma.az
close
up
RU
“WhatsApp”la bağlı HƏYƏCAN TƏBİLİ Təhlükə var! KONKRET

“WhatsApp”la bağlı HƏYƏCAN TƏBİLİ Təhlükə var! KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“WhatsApp”da yeni funksiya yaradılacaq. Bildirilir ki, vatsap digər proqramlardan gələn yazışmalara dair sorğuları qəbul etməyə və ya rədd etməyə imkan verəcək funksiya hazırlayır. Bu seçim istifadəçilərə kimsə üçüncü tərəf proqramından onlara mesaj göndərməyə çalışdıqda bildirişləri qəbul edib-etməməyi seçmək və onlara xarici platformalardan başlayan qarşılıqlı əlaqə üzərində daha çox nəzarət imkanı verəcək.

Bu yenilik insanları dələduzlardan qorumaq üçün nə dərəcədə effektivdir? Beləliklə, onlayn yolla insanları tələyə salmağa çalışanların qarşısı alına bilərmi?

KONKRET.az xəbər verir ki, sözügedən məsələ barədə “Yeni Sabah”a açıqlama verən İKT üzrə ekspert Bəhruz Əliyev bu funksiyanın dələduzluq əməllərinin qarşısını qismən alacağını bildirib:

“WhatsApp”da yeni funksiyanın istifadəyə verilməsi, istifadəçilərin üçüncü tərəf proqramlarından (İlkin olaraq, düşünürəm ki, Facebook, Instagram kimi platformalarından) gələn mesajları qəbul etmə və ya rədd etmə imkanı yaratmaqla, şübhəli və dələduzluq məqsədli mesajlardan qorunmaq baxımından müsbət bir addım ola bilər, amma tələyə salmağa çalışanların qarşısını tamamilə alacaq qədər, xüsusi bir köməyi olmayacaq.

Yeni funksiya əsasən xarici proqramlardan “WhatsApp”a gələn yazışmalara dair xəbərdarlıq və idarəetmə imkanı təklif edir. Bu, istifadəçilərə xarici platformalardan gələn mesajları daha asanlıqla bloklamağa və ya qəbul etməyə imkan verəcək. Məsələn, dələduzlar digər tətbiqlər üzərindən “WhatsApp”a mesaj göndərməklə istifadəçiləri aldatmağa çalışarsa, istifadəçi bu cür mesajları qəbul etməyərək onların qarşısını ala bilər. Bu, xüsusilə spam, fişing və saxta reklamlar kimi xarici platformalardan gələn dələduzluq cəhdlərinin qarşısını almağa kömək edə bilər”.

Ekspert qeyd edib ki, həmin funksiya yalnız xarici tətbiqlərdən gələn mesajlara aiddir:

“Bu, WhatsApp daxilindəki dələduzluq fəaliyyətləri, məsələn, saxta bank mesajları, “qələbə” bildirişləri, və ya şübhəli şəxslərin birbaşa olaraq WhatsApp üzərindən istifadəçilərlə əlaqə qurması halları üçün  hər hansı bir həll deyil. Yəni, bu xüsusiyyət, WhatsApp daxilindəki, birbaşa dələduzluq cəhdlərinə qarşı tədbir deyil.

Bir çox dələduzlar hələ də sosial mühəndislik üsulları ilə insanları aldatmağa davam edir. Məsələn, İstifadəçilərin “WhatsApp”da gələn mesajları qəbul edib-etməməyi seçmək imkanı olsa da, dələduzlar insanların zəif tərəflərindən istifadə etməyə davam edirlər. Onlar saxta əlaqələr qurmaq, zənglər və ya mesajlar vasitəsilə insanları aldatmağa çalışa bilərlər. Bu funksiyanın yalnız üçüncü tərəf tətbiqlər ilə əlaqədardır və “WhatsApp” daxilindəki şübhəli və ya təhlükəli yazışmaları aradan qaldırmır.

Yeni funksiya, istifadəçilərin xarici proqramlardan gələn mesajları daha yaxşı idarə etmələrinə kömək edəcək, amma dələduzluqlara qarşı mübarizənin yalnız texniki həllərlə bitmədiyini bilmək lazımdır. İstifadəçilərin məlumatlı olması, saxta mesajları tanımaq və şübhəli əlaqələrdən qaçmaq kimi davranışları inkişaf etdirmək çox vacibdir. Bunun üçün də əsas yol daimi maariflənmədən keçir”.

B.Əliyev onu da vurğulayıb ki, sözügedən yazışma platforması daxilində bir sıra aldatma üsulları hələ də təhlükə riski yaradır:

“Beləliklə bilmək lazımdır ki, yeni imkan istifadəçilərə “WhatsApp”da xarici tətbiqlərdən gələn mesajlar üzərində daha çox nəzarət imkanı verərək bəzi dələduzluq və spam halları ilə mübarizədə müsbət rol oynaya bilər. Lakin, yalnız bu xüsusiyyətlə dələduzların qarşısını tamamilə almaq mümkün deyil, çünki “WhatsApp” daxilində birbaşa mesajlaşma və sosial mühəndislik üsulları ilə aparılan aldatma halları hələ də ciddi təhlükə olaraq qalır. İnsanları onlayn tələlərdən qorumaq üçün həm texnoloji həllər, həm də istifadəçilərin maariflənməsi vacibdir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://konkret.az
archiveBu xəbər 07 Noyabr 2024 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see432

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see428

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see306

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see282

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see271

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see265

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see262

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see258

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see242

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see227

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see220

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see217

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see216

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see213

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see212

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see211

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see208

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see207

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see205

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri