Icma.az
close
up
RU
WP: ABŞ dəstək verməsə belə, İsrail İranı vuracaq

WP: ABŞ dəstək verməsə belə, İsrail İranı vuracaq

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

"The Washington Post" (WP) qəzetinin köşə yazarı Devid İqnatius hər iki ölkədən aldığı rəsmi məlumata əsasən yazır ki, İran diplomatik yolla öz nüvə proqramını dayandırmasa, nüvə silahı yaratmaq hədəfindən əl çəkməsə, İsrail istər ABŞ-nin dəstəyi ilə, istərsə də bu dəstəyi gözləmədən öz məqsədinə çatmağa hazırdır.
"ABŞ-nin İsrailə mümkün dəstəyi bir sıra variantdan var: ultimatum şəklində diplomatik təzyiqdən tutmuş aktiv hərbi dəstəyədək", - müəllif vurğulayır.
O, liderlərin bu barədə haçan danışdıqlarını diqqətə çatdırmasa da, Benyamin Netanyahunun keçən həftə Vaşinqtonda Donald Trampla görüşdüyü məlumdur. Həmin görüşdən qabaq Netanyahu jurnalistlərə açıqlamasında söyləmişdi ki, "İran ABŞ və İsrailin diqqət mərkəzində saxladığı mövzulardan biridir".
Donald Trampın yenidən ABŞ Prezident seçilməsinin ardınca İsrailin İrana birbaşa hərbi əməliyyat planı gündəmə gəlib. İsrail ümidvardır ki, o, İranın nüvə obyektlərinə hücumu dəstəkləyəcək, hətta gözlənilən hücumu birbaşa ABŞ həyata keçirəcək. Burada əsas hədəf İranın nüvə proqramıdır. "The Washington Post" qəzeti dünən ölkənin xarici kəşfiyyat agentliyinin hesabatlarına istinadən məlumat yayıb ki, İsrail yay aylarınadək İranın nüvə obyektlərinə qarşı genişmiqyaslı hücum həyata keçirməyi planlaşdırır.
WP: "İsrail İrana qarşı hücuma hazırlaşır"
"Hesabatlar arasında ABŞ Birləşmiş Qərargahının Kəşfiyyat İdarəsi və Müdafiə Kəşfiyyat Agentliyinin (DIA) "proqnoz"u xüsusi diqqət çəkir. Bu hesabatda xəbərdarlıq verilir ki, İsrailin İranın "Fordo" və "Nətənz" nüvə obyektlərinə hücum cəhdi istisna deyil. Belə bir addım regionda daha böyük münaqişə riski yaradacaq", - WP yazır.

Maraqlıdır ki, Ağ Ev, habelə CIA və digər kəşfiyyat orqanları, eyni zamanda, İsrail hökuməti bu xəbərə konkret şərh verməkdən boyun qaçırsa da, Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayn Hyuz qəzetə yalnız bu açıqlamanı verib:
"ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahı yaratmasına imkan verməyəcək. O, İranla uzunmüddətli problemlərinin sülh yolu ilə həllinə üstünlük verir, amma İran razılığa gəlmək istəməsə, Donald Tramp çox da səbirli davranmayacaq".
Yanvarın 28-də İranın xarici işlər naziri Abbas Əraqçi də Britaniyanın "Sky News" telekanalına müsahibəsində İsrailin mümkün hücumuna eyham vurmuşdu. O, İsrail və ABŞ-nin mümkün hücumunu "çılğıncasına bir iş" adlandırmışdı.
"Əslində, düşünmürəm ki, bu cür çılğıncasına işi görsünlər. Axı bu bütün regionu çox ağır fəlakətə gətirib çıxara bilər", - Əraqçi demişdi.
Firudin Həmidli
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://azvision.az
archiveBu xəbər 14 Fevral 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see452

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see422

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see327

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see325

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see278

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see254

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see250

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see243

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see225

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see223

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see216

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see214

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see211

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see208

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see198

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see196

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see187

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see187

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see174

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri