Icma.az
close
up
RU
Menu

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

Qarındakı piyləri əritməyin sirri açıldı

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

U 17 millisi Gəncədə

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

İsrail Türkiyəni hədələyib İranı vuracaq?

İsrail Türkiyəni hədələyib İranı vuracaq?

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsrailin baş naziri Benyamin Netanyahu Vaşinqtona son səfərində Donald Trampı Türkiyəyə qarşı qaldırmağa çalışdı. Ancaq alınmadı. Amerika prezidenti bütün dünyanın gözü qarşısında Türkiyə və onun prezidenti haqqında yüksək fikirlər səsləndirdi.

İsrail nə istəyir? İstəyir ki, ələvilərin yaşadığı ərazidə-Aralıq dənizinin sahilləri boyunca Livan kimi bir qondarma dövlət düzəltsin. Eyni zamanda Suriyadakı amerikan yanlısı PKK-çı kürdləri və druzları Türkiyəyə qarşı qaldırsın. Ancaq İsrailin bu istəyinin baş tutacağı əvvəlcədən real görünmürdü. Niyə? Bəziləri bunu D.Trampın T.Ərdoğanla xüsusi dostluq münasibəti ilə izah etməyə çalışır. Bəli, onların arasındakı dostluq münasibətinin də bu işə müəyyən təsiri var. Ancaq əsas məsələ bu deyil. Məsələ ondadır ki, Türkiyə bütün parametrlər baxımından Yaxın Şərqdə dominant ölkədir. Bu, real siyasətdə ciddi rol oynayır. D.Trampın yerinə başqa bir prezident olsaydı, o da Benyamin Netanyahuya oxşar cavab verəcəkdi.

Onu da xatırladım ki, Co Baydenin prezident olduğu son ildə Türkiyə ilə ABŞ arasında münasibətlərdə istiləşmə prosesi gedirdi. Və bu proses də Amerikanın Türkiyənin real gücü ilə hesablaşmaq zorundan qaynaqlanırdı...

İsrailin ən böyük yanlışı ondadır ki, o, eyni vaxtda həm İranı, həm də Türkiyəni ram etmək istəyir. Bu, İsrailin öz boyunu aşan bir gedişdir...

Ağlınız İrana getməsin. İsrail kefi istəyəndə gəlib İranı bombalayıb gedir. İran bunun qarşısını ala bilmir. Niyə? Çünki İranın havadan müdafiə sistemi son dərəcə zəifdir.

Türkiyədə isə vəziyyət ciddi şəkildə fərqlidir. Tayyib Ərdoğanın böyüklüyü ondadır ki, Türkiyənin hərbi-sənaye kompleksinin sürətli və keyfiyyətli inkişafına nail oldu. Ona görə də İsrail yaxşı başa düşür ki, Türkiyə ilə hərbi qarşıdurma ona çox baha başa gələ bilər. Ona görə də Türkiyə ilə anlaşmağa çalışır.

İsrail və Türkiyə Suriyada mümkün hərbi insidentlərin qarşısını almaq məqsədilə Bakıda danışıqlar aparır. Əlbəttə, bu danışıqlar Yaxın Şərqin yenidən şəkillənməsinə gətirib çıxaracaq...

Əslində Suriyanın Türkiyənin nəzarətinə keçməsi İsrailin xeyrinədir. Əvvəl İran Suriya ərazisindən İsrailə qarşı istifadə edirdi. "Hizbullah"ı silahlandırırdı. Maraqlıdır ki, İran Suriyada at oynadanda İsraildən səs çıxmırdı. Türkiyənin Rusiya və İranı Suriyadan kənara atması İsraildə narahatlıq yaradıb.

Niyəsi də bəllidir. İsrail hesab edir ki, Türkiyə HƏMAS-ı Suriyada yenidən gücləndirib ona qarşı istifadə edə bilər. Təsadüfi deyil ki, Benyamin Netanyahu D.Trampa deyir ki, HƏMAS-ın müttəfiqi olan Türkiyəyə F-35 qırıcıları verməyin. Ancaq Amerika artıq sözünü deyib. Türkiyə F-35-i alacaq...

Türkiyə ilə İsrailin münasibətləri dəfələrlə soyuyub, yenidən istiləşib. İran ilə isə İsrailin münasibətləri İslam İnqilabından üzü bəri-1979-cü ildən sonra, xüsusi ilə 1991-ci ildən başlayaraq pis olub. Bu münasibətlərin yaxşılaşma ehtimalı belə yoxdur...

İranın molla rejimi İsraili dövlət kimi tanımır. Ancaq 1980-88-ci illərdə İran İraqa qarşı apardığı müharibədə məhz İsraildən aldığı silahlardan istifadə edirdi. Məsələn, 1980-1983-ci illərdə İran İsraildən 500 milyon dollar dəyərində silah alıb. O vaxt üçün 500 milyon dollar fantastik məbləğ idi...

2000-ci ilin dekabrında Ayətullah Xamenei İsraili xərçəng xəstəliyi ilə müqayisə edib. Prezident Mahmud Əhmədinejad isə 2005-ci ildə İsraili “xəritədən silməklə” hədələyib...

Ayətullah Xamenei 2015-ci ildə demişdi ki, sionist rejiminin ömrü 25 ildən o yana getməyəcək.

Türkiyə isə Qəzzada apardığı əməliyyatlardan dolayı İsrail ilə 2024-cü ilin 13 noyabrında bütün əlaqələri kəsib.

Bu qarşıdurmanın kökü bir qədər əvvələ gedib çıxır. Cənab Ərdoğan 2009-cu ilin yanvarında İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu konfransında İsrailin Qəzzada davranışını sərt şəkildə tənqid etdi. Toplaşan tamaşaçıların İsrail prezidenti Şimon Peresi alqışlamasından sonra Ərdoğan belə dedi: "İnsanların sizin dediklərinizi alqışlaması məni çox üzür. Siz insanları öldürdünüz. Məncə, bu, çox yanlışdır".
Moderator, “The Washington Post”un köşə yazarı David Ignatius insanların şam yeməyinə getməsi lazım olduğunu deyərək, Ərdoğandan sözünü bitirməsini istədi. Cənab Ərdoğan jurnalistə xatırlatdı ki, o, 12 dəqiqə, Peres isə 25 dəqiqə danışıb.

Bu söhbət tarixə “one minute” qalmaqalı kimi düşüb, ondan sonra isə cənab Ərdoğan bir daha Davosa getmədi...

Bir önəmli məqamı da deyim: İsrail hazırda Suriyadakı PKK-çı kürdləri dəstəkləyir. Ancaq bu da faktdır ki, İsrail PKK lideri Abdullah Öcalanın 1999-cu ildə həbsində müstəsna rol oynayıb. Niyə İsrail Abdullah Öcalanın həbsində Türkiyəyə yardım edib? Çünki PKK solçu təşkilatdır və anti-sionist mövqedən çıxış edirdi. Bu isə İsrailin maraqlarına zidd idi.

Uzun müddətdir ki, separatçı kürdlər İsrail ilə sıx münasibət qurublar. Təbii ki, PKK da anti-sionist mövqedən çoxdan imtina edib...

Yeri gəlmişkən, bu gün cənab Ərdoğan DEM partiyasının rəhbərliyini qəbul edib. Verilən bəyanatlar prosesin ciddi şəkildə irəlilədiyini göstərir. Heç şübhəsiz ki, Abdullah Öcalanın terrorsuz Türkiyə düşüncəsinə dəstək verməsi, PKK və ona bağlı qrupların silahlı mübarizədən imtinası rəsmi Ankaranın əlini daha da gücləndirəcək...

ABŞ-ın Suriyadan çıxması isə vəziyyəti kəskin şəkildə Türkiyənin lehinə dəyişəcək. Ona görə də əminliklə demək olar ki, İsrail Türkiyəni hədələsə də, bundan uzağa gedə bilməyəcək. İranı isə İsrail vuracaq. Bu məsələdə ABŞ da İsrailə hərtərəfli dəstək verməyə hazırdır. Nə qədər ki, yəhudilərin ən yaxın dostu sayılan D.Tramp Amerika prezidentidir, İsrail İran məsələsini həll etməlidir. Əks təqdirdə, İsrail xəritədən silinmə təhlükəsi ilə üzləşə bilər...
 

Elbəyi Həsənli,
Sürix

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Aprel 2025 21:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see269

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see267

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see259

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

22 Sentyabr 2026 16:59see245

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see244

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see233

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see223

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

22 Sentyabr 2026 18:18see223

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

22 Sentyabr 2026 15:38see222

Qarındakı piyləri əritməyin sirri açıldı

22 Sentyabr 2026 20:20see219

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

22 Sentyabr 2026 19:49see219

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

22 Sentyabr 2026 17:09see217

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

22 Sentyabr 2026 18:03see212

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

22 Sentyabr 2026 20:16see212

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

22 Sentyabr 2026 15:56see211

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

22 Sentyabr 2026 20:16see209

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see206

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

22 Sentyabr 2026 18:53see198

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see188

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri