WSJ: ABŞ Yaxın Şərqdəki hərbi bazalarının müdafiəsində çətinliklərlə üzləşir
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.
İranın son raket hücumları ABŞ-nin Yaxın Şərqdə yerləşdirilmiş hərbi qüvvələrinin müdafiəsində mövcud çətinlikləri üzə çıxarıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) nəşri yazıb.
Nəşrin məlumatına görə, İordaniyadakı Müvəffəq Salti aviabazasına hücum zamanı üç raketin ABŞ-nin hava hücumundan müdafiə sistemlərini keçməsi Vaşinqtonun bölgədəki təxminən 50 min hərbçisinin təhlükəsizliyinin təmin olunmasında problemlərin qaldığını göstərir.
Qəzet, həmçinin İranın hələ də əhəmiyyətli sayda raket və pilotsuz uçuş aparatına malik olduğunu qeyd edib.
Xatırladaq ki, “CBS News” daha əvvəl İranın iyul ayında Yaxın Şərqdəki ABŞ bazalarına endirdiyi zərbələr nəticəsində 100-ə yaxın amerikalı hərbçinin yaralandığını bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:186
Bu xəbər 21 İyul 2026 23:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















