WSJ: Putin və Trampın Ukrayna razılaşmasına Avropa mane olur
Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.
Rusiya və ABŞ Ukrayna münaqişəsinin sülh yolu ilə həlli barədə çoxdan razılığa gələ bilərdi.
Tribuna.az Wall Street Journal-a istinadən xəbər verir ki, bu prosesə Avropanın müdaxiləsi mane olur. Nəşr anonim fransız rəsmisinə istinad edir.
Rəsmiyə görə, “əgər avropalılar olmasaydı, Vladimir Putin və Donald Tramp artıq Ukrayna ilə bağlı razılaşmaya nail olardı”.
Onun sözlərinə görə, Avropa hazırda “təkliyə qərq olub”, çünki ABŞ regiondan getdikcə uzaqlaşır və Avropanı öz imkanlarına güvənməyə məcbur edir.
Bundan əvvəl Ağ Evin sözçüsü Kerolin Livitt bildirib ki, ABŞ Ukrayna münaqişəsinin həlli ilə bağlı sənədlər üzərində ciddi iş aparıb. Onun sözlərinə görə, danışıqlar prosesi ümumi olaraq müsbət atmosferdə davam edir və yaxşı nəticəyə ümid var.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Layen də Parisdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə keçirilən görüşdən sonra Ukrayna məsələsində irəliləyiş olduğunu qeyd edib.
İmran Kərimli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 02 Dekabr 2025 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















