Icma.az
close
up
RU
Ukrayna və Rusiya Trampın ultimatumuna görə sülhə daha yaxın deyil WSJ

Ukrayna və Rusiya Trampın ultimatumuna görə sülhə daha yaxın deyil WSJ

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ prezidenti Donald Trampın gurultulu ultimatumuna baxmayaraq, Kreml güzəştə getməyə hazır olmadığını nümayiş etdirir və İstanbuldakı Kiyev-Moakva danışıqları nəticəsiz başa çatıb.

Ölkə.az “The Wall Street Journal”a istinadən xəbər verir ki, Rusiyaya sülh sazişi bağlamaq üçün 50 gün vaxt verən ABŞ prezidenti Donald Trampın yüksək ultimatumuna baxmayaraq , Kiyev və Moskva arasında danışıqların üçüncü raundu heç bir irəliləyiş olmadan başa çatıb. 

Nəşr yazıb ki, İstanbuldakı görüş  bir saatdan az  çəkib. 

Görüş barədə mövqeyini açıqlayan Ukrayna nümayəndə heyətinin rəhbəri Rüstəm Umerov deyib ki, döyüşlərin dayandırılması və atəşkəslə bağlı heç bir irəliləyiş yoxdur.
O, altı ay davam edən danışıqların faktiki olaraq heç bir nəticə vermədiyini vurğulayıb. 
Umerovun sözlərinə görə,  Kiyev prezident Zelenski ilə Putin arasında birbaşa görüş təklif etsə də, Moskva bir daha bundan imtina edib. 

Şərhçilər vəziyyəti “diplomatik teatr” adlandırıblar. Kiyev-Moskva danışıqlarını şərh edən Karnegi Rusiya-Avrasiya Mərkəzinin direktoru Aleksandr Qabuev bildirib ki, Putin məlum səbəblərə görə, Ukraynanın tam təslim olması olmayan heç bir sövdələşmədə maraqlı deyil.

Amma Tramp iqtisadi təzyiqlə hədələməklə vasitəçi rolunu qorumağa çalışır. Keçən həftə o, 50 gün ərzində sülh əldə olunmasa, Rusiyanın aparıcı ticarət tərəfdaşlarına 100% tariflər tətbiq edəcəyinə söz verib. Eyni zamanda o, Ukraynaya əlavə Patriot sistemləri göndərməyə hazır olduğunu bildirib.

"Tramp çətin ki, qəti addımlar atsın. O, Rusiyanın resurslarını tükəndirməkdə ukraynalılara fəal dəstək verməkdənsə, vaxtı uzatmağa üstünlük verir", - Qabuev hesab edir.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 İyul 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see278

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see258

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see207

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see199

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see177

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see174

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see169

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see156

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see148

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see143

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see142

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see141

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri