Icma.az
close
up
RU
WUF13: “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının təqdimatı gündəlikdə

WUF13: “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının təqdimatı gündəlikdə

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) saylı günlər qalıb. Forum 17-22 may tarixində Bakıda keçiriləcək.

BMT-nin ən mühüm tədbirlərindən biri olan WUF13-ə ev sahibliyi hüququnun ölkəmizə həvalə edilməsi Azərbaycanın qlobal miqyasda artan rolunun əyani təsdiqidir. Beynəlxalq birlik respublikamızın hər cəhətdən müsbət reallıqlarını təqdirlə qarşılayır və müxtəlif istiqamətlərdə qazanılan milli təcrübənin dünyanın digər regionlarında da yayılmasına nail olmaq istəyir.

Bu mənada dünya ictimaiyyətinin WUF13-dən gözləntiləri böyükdür. Respublikamızda şəhərsalmanın qədim tarixi var. Ölkəmiz ənənələri davam etdirməklə həmçinin  Qarabağ və Şərqi Zəngəzurun timsalında müasir yanaşmalar əsasında ərazilərin sıfırdan yenidən qurulmasında yaxşı təcrübə qazanıb. WUF13 çərçivəsində bütün bunları bölüşmək imkanı yaranacaq.

WUF13-ün aktual gündəliyi

BMT tərəfindən 2001-ci ildə təsis edilən Ümumdünya Şəhərsalma Forumu sürətli urbanizasiya nəticəsində şəhərlərdə yaranan çağırış və problemlərin müzakirəsi məqsədilə keçirilir. Forumun əsas koordinatoru BMT-nin Məskunlaşma Proqramıdır (UN-Habitat). İki ildən bir təşkil olunan forumda həmin dövr üçün aktual hesab edilən məsələlər müzakirəyə çıxarılır. WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Substantiv Məzmun üzrə şöbə müdiri Cəmilə İsmayılzadə bildirib ki, ölkəmizin ev sahibliyi ilə təşkil olunan WUF13 üçün aktual gündəlik  müəyyənləşdirilib. Belə ki. Forumun  əsas mövzusu “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri”dir. Mövzu əsasən mənzil təminatı ilə bağlı problemləri əhatə edir. Qurum rəsmisinin sözlərinə görə, hazırda dünyada 3 milyarda yaxın insan mənzil təminatında çətinliklə üzləşir, 1 milyarddan çox insan qeyri-formal yaşayış məntəqələrində və gecəqondularda yaşayır. Eyni zamanda, münaqişələr, böhranlar və təbii fəlakətlər nəticəsində öz evlərini itirənlərin sayı artır. Bu kimi problemlər şəhərlərdə təhlükəsizlik, iqtisadi sabitlik və sağlamlıq məsələlərini risk altında qoyur. Məhz buna görə də şəhərsalma üzrə qərarverici şəxslər, ekspertlər, beynəlxalq təşkilatların nümayəndələri bu məsələləri müzakirə etmək üçün Bakıda toplaşacaqlar.

WUF13-ün digər forumlardan əsas fərqi onun açıq və inklüziv xarakter daşımasıdır. Forumda dövlət nümayəndələri ilə yanaşı, vətəndaş cəmiyyəti təşkilatları, biznes nümayəndələri və akademik dairələri təmsil edən ekspertlər iştirak edə biləcəklər. Tərəfdaş tədbirləri adlanan kateqoriya üzrə təşkil ediləcək 350-dən çox tədbirin təşkilatçıları da məhz həmin sektorları təmsil edən qurumlardır. Bu isə tərəfdaşların tədbirin məzmununun formalaşdırılmasında birbaşa iştirak etməsi deməkdir. Forum çərçivəsində keçiriləcək assambleya və dəyirmi masalar müxtəlif maraq qruplarını əhatə edəcək. Qadınlar, gənclər, əlilliyi olan şəxslər, biznes nümayəndələri və peşəkar birliklər üçün ayrıca platformalar yaradılacaq. Bu sessiyalar həmin qrupların problemlərini və təkliflərini beynəlxalq səviyyədə səsləndirməsinə imkan verəcək. “Azərbaycan burada həqiqətən mühüm rol oynayır. İlk növbədə, Azərbaycan həm regional, həm də qlobal tərəfdaşları bir araya gətirir. İlk dəfə olaraq Bakıda Liderlər Sammiti keçiriləcək və burada yüksəksəviyyəli iştirakın təmin olunması bizim üçün strateji əhəmiyyət daşıyır. Biz yaxın zamanda Şərqi Avropaya və Mərkəzi Asiyaya həsr olunmuş yeni UN-Habitat ofisi açmışıq və bu ofis İstanbulda yerləşir. Buna görə də regiondakı tərəfdaşlıqlarımızın gücləndirilməsi bizim üçün strateji baxımdan vacibdir. Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun hazırlıq prosesində çox yaxşı həmsədr və tərəfdaş olub. Eyni zamanda, Forumun Bakıda keçirilməsi və iştirakçıların Azərbaycanın gözəl paytaxtında qəbul olunması bu mühüm konfransa xüsusi dəyər qatır”, - deyə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax bildirib.

Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən yanaşmalar müasir urbanistik prinsiplərə əsaslanır

Hazırda dünyanın ayrı-ayrı regionları amansız müharibələrin fəsadları ilə üz-üzədir. Qəzzada  bütöv şəhərlər, kəndlər tamamilə dağıdılıb,  minlərlə insan evsiz-eşiksiz qalıb. Ukraynada, İranda, Livanda oxşar vəziyyət hökm sürür. Aydın məsələdir ki, bütün müharibələr nə vaxtsa sülhlə yekunlaşır. Müharibə səhifəsi bağlandıqdan sonra isə ərazilərin bərpası, zəruri infrastruktur yaradılması və qaçqınların geri qaytarılması mərhələsi başlayır. Bu sahədə Azərbaycanın təcrübəsi unikaldır. Təxminən 30 il ərzində işğal faktından əziyyət çəkən respublikamız ərazi bütövlüyünü və suverenliyini sırf öz gücü ilə təmin etməyə nail olub. Çoxları elə güman edirdilər ki, müharibədən çıxan Azərbaycan güc, resurs itirib. Buna görə də işğaldan azad edilmiş ərazilərin bərpası posesi uzun müddət təxirə salınacaq. Ancaq belə olmadı. Azərbaycan dövləti və xalqı  doğma torpaqlara bağlılığının təsdiqi olaraq işğaldan azad olunmuş ərazilərin bərpasına müharibə başa çatandan dərhal sonra başladı. O cümlədən “Böyük Qayıdış” proqramının  reallaşdırılması ölkənin beş milli prioritetindən biri kimi müəyyənləşdirildi.

Aradan cəmi beş il ötəndən sonra  Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə reallaşdırdığı bərpa modelini fəxrlə təqdim etmək mümkündür. Bu model dayanıqlılıq, ərazi reinteqrasiyası və insanyönümlü inkişaf prinsiplərinə əsaslanır. Qarabağ və Şərqi Zəngəzurdakı şəhər və kənd icmaları üçün kompleks Baş planlar hazırlanıb və həyata keçirilir. Bu planlar sadəcə texniki sənədlər deyil - həyatların yenidən qurulması üçün yol xəritəsidir. Regionun ümumi planlaşdırılması başa çatıb. 13,6 min kvadratkilometr ərazini əhatə edən bu plan əsasında 1,1 milyon nəfərdən çox insanın doğma şəhər və kəndlərində məskunlaşması üçün yenidənqurma işləri icra olunur. Bütövlükdə, Ermənistanın işğal etdiyi və otuz il ərzində viran qoyduğu ərazilərimizdə 44 günlük Vətən müharibəsindəki Zəfərin ardınca innovativ yanaşmaların tətbiqi ilə həyatı yenidən canlandıran genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycan dövlətinin memarlıq və şəhərsalmaya müfəssəl baxışını aydın nümayiş etdirir. “Böyük Qayıdış”a dair I Dövlət Proqramına müvafiq qaydada “yaşıl enerji” zonası elan edilmiş bu ərazilərdə 2020-2025-ci illərdə - dünya memarlıq-inşaat təcrübəsində az rast gəlinən qısa bir müddətdə - 100-dən artıq yaşayış məntəqəsi, o cümlədən 12 şəhər üzrə planlaşdırma sənədləri hazırlanıb və quruculuq işlərinə başlanıb.

Qalib Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə yaşayış məntəqələrinin bərpası və məskunlaşdırılması sahəsində qazandığı təcrübə dünya üçün unikal nümunədir və biz təcrübəmizi bölüşməyə hazırıq.  Bu baxımdan WUF13 genişş imkanlar yaradacaq. Cəmilə İsmayılzadə bildirib ki, Azərbaycanın işğaldan azad olunan ərazilərində həyata keçirilən layihələrin, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının təqdimatı da bizim qarşımızda duran əsas prioritetlərdən biri olacaq. Həmin ərazilərdə həyata keçirilən layihələr şəhərsalma sahəsində mühüm təcrübə hesab olunur. Çünki burada tətbiq edilən yanaşmalar həm bir-birindən fərqlənir, həm də müasir urbanistik prinsiplərə əsaslanır. Bəzi ərazilərdə tam dağıdılan yaşayış məntəqələrinin yenidən qurulması, bəzi bölgələrdə isə mədəni irsin qorunması ilə paralel bərpa işlərinin aparılması fərqli yanaşmaların tətbiqini tələb edib. Azərbaycan bu istiqamətdə uğurlu təcrübə formalaşdırıb. Eyni zamanda, ağıllı və yaşıl texnologiyaların tətbiqi, ekoloji tikinti metodlarından istifadə də diqqətçəkən yeniliklər sırasındadır. Bu təcrübələrin təqdimatı bir neçə istiqamətdə həyata keçiriləcək. “Böhrandan sonrakı bərpa və quruculuq proseslərində mənzil təminatı” mövzusunda keçiriləcək dialoqda Azərbaycan hökuməti iştirak edəcək. Bununla yanaşı, Azərbaycan pavilyonunda işğaldan azad olunan ərazilərə xüsusi bölmə ayrılacaq və həyata keçirilən layihələr nümayiş etdiriləcək. “Təcrübə mərkəzi” platformasında isə həmin bölgələrdə həyata keçirilən uğurlu təcrübələr paylaşılacaq. Beləliklə, Azərbaycan işğaldan azad olunan ərazilərdə formalaşdırdığı şəhərsalma təcrübəsini beynəlxalq ictimaiyyətə geniş şəkildə təqdim edəcək.

Mübariz FEYİZLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 May 2026 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see327

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see319

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see315

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see306

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see287

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see267

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see254

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see249

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see248

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see247

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see242

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see219

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see219

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see213

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see204

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see198

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see195

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

18 Noyabr 2026 21:19see183

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see183

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri