WUF13 çərçivəsində “Urbanizasiyada ASAN Modeli” mövzusunda panel təşkil olunacaq
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 16 may, AZƏRTAC
Mayın 19-da “ASAN Könüllüləri” Təşkilatı tərəfindən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Urbanizasiyada ASAN Modeli: Dövlət Xidmətlərinin və Könüllülüyün rolu” mövzusunda panel görüş keçiriləcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, panel zamanı urbanizasiya dövründə dövlət xidmətlərinin əlçatanlığı, könüllülüyün cəmiyyətin inkişafındakı rolu, inklüziv şəhər yanaşmaları və ASAN modelinin sosial təsiri ətrafında müzakirələr aparılacaq.
Panel görüşdə BMT Könüllüləri Proqramının Avropa və Mərkəzi Asiya üzrə regional əlaqələndiricisi Zarina Mirabdullayeva, “ASAN müraciət” ilə iş sektorunun müdiri Əsli İbrahimli və “ASAN Könüllüləri” Təşkilatının sədri Aysiman Quliyeva spiker qismində çıxış edəcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:305
Bu xəbər 16 May 2026 08:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















