Icma.az
close
up
RU
WUF13 festivalı çərçivəsində panel müzakirə...

WUF13 festivalı çərçivəsində panel müzakirə...

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

WUF13 festivalı çərçivəsində Xankəndi şəhərindəki Qarabağ Universitetində "İnklüziv şəhərsalma: Qadınlar, icmalar və dayanıqlı gələcək" mövzusunda panel müzakirəsi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, şəhərdə təşkil olunan tədbirdə müxtəlif sahələri təmsil edən ekspertlər, ictimai fəallar və iştirakçılar bir araya gələrək şəhərlərin gələcəyində inklüziv yanaşmanın, qadın iştirakçılığının və dayanıqlı inkişaf prinsiplərinin rolunu müzakirə ediblər.

Qeyd olunub ki, WUF13 Festivalı çərçivəsində həyata keçirilən bu cür təşəbbüslər urbanizasiya, dayanıqlılıq və sosial inkişaf mövzularında ictimai maarifləndirmənin artırılmasına, müxtəlif maraqlı tərəflər arasında dialoqun gücləndirilməsinə və yeni əməkdaşlıqların təşviqinə töhfə verir.

Tədbirdə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Kommunikasiya meneceri Emin Hüseynzadə, "Resource HUB"-un direktoru Gülnarə İsmayılova, Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun dosenti Gülçöhrə Hüseynova, Turin Politexnik Universitetin magistrı və gənc memar Lalə Nasibova iştirak edərək tələbələrlə şəhərsalma proseslərində icmaların iştirakının əhəmiyyəti, qadınların qərarvermə mexanizmlərində rolu, daha əlçatan və dayanıqlı şəhər mühitin formalaşdırılması istiqamətində beynəlxalq təcrübələr və yerli yanaşmalar ətrafında fikir mübadiləsi aparıblar.

Müzakirələr çərçivəsində qeyd olunub ki, Xankəndi bu gün yalnız yenidən qurulan şəhər deyil, eyni zamanda yeni ideyaların, enerjinin və müxtəlif sahələrdən olan intellektual insanların bir araya gəldiyi yeni bir məskəndir. Belə mərhələdə inklüziv şəhərsalma, icma münasibətləri və şəhərlərin gələcəyinin necə formalaşdırılması ilə bağlı dialoqlar şəhərin inkişafı baxımından xüsusi aktuallıq daşıyır.

Panel iştirakçıları vurğulayıblar ki, Xankəndinin gələcək şəhər kimliyinin formalaşmasında açıq dialoq, müxtəlif baxışların iştirakı və insan mərkəzli yanaşmalar mühüm rol oynayacaq.

Natiqlər dayanıqlı şəhər inkişafının yalnız infrastruktur layihələri ilə deyil, eyni zamanda sosial inklüzivlik, icma iştirakı və insan mərkəzli yanaşmalar vasitəsilə mümkün olduğunu diqqətə çatdırıblar. Panel interaktiv müzakirələr və iştirakçıların sualları əsasında fikir mübadiləsi ilə davam edib. "Report"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 10 May 2026 22:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see684

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see386

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see240

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see218

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see194

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see191

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see189

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see187

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see185

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see184

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see184

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see184

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see182

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see177

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see176

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see174

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see174

Tramp administrasiyası 250 mindən çox vizanı ləğv etdi

01 Oktyabr 2026 20:59see173

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see170

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri