Icma.az
close
up
RU
WUF13 günlərində Bakı məktəblərində dərslər necə keçiriləcək?

WUF13 günlərində Bakı məktəblərində dərslər necə keçiriləcək?

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Paytaxtın beynəlxalq məclislər zamanı təhsil təcrübəsi

Bakının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi etməsi sosial–iqtisadi müstəvidə də çevik idarəetmə modelinin növbəti nümayişi olacaq. Bu miqyasda beynəlxalq tədbirin təşkili ölkənin imicinə yeni çalarlar qazandırır, əməkdaşlıq platformalarını genişləndirir.

Lakin bu prosesin fonunda ən həssas sahələrdən biri kimi təhsil sisteminin fasiləsizliyinin qorunması xüsusi diqqət tələb edir. Azərbaycanın təhsil siyasətində seçilən yanaşma xüsusi diqqətə tələb edir. Elm və təhsil naziri Emin Əmrullayevin Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçirildiyi dövrdə Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi məqsədilə imzaladığı əmr məhz bu məqama xidmət edir.

Nazirin göstərişinə uyğun olaraq, WUF13-ün keçiriləcəyi tarixlərdə paytaxtdakı təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilində bəzi dəyişikliklər ediləcək. Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üzrə mayın 18-dən 22-dək tətil (1-5 may tarixləri əvəzinə) müəyyən ediləcək. Bununla yanaşı, Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonları istisna olmaqla, Bakı şəhərinin digər rayonlarında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin V-XI siniflərində dərslər mayın 18-dən 22-dək distant formada keçiriləcək. Eyni zamanda Bakı şəhərində yerləşən peşə, orta ixtisas və ali təhsil müəssisələrində də tədrisin mayın 18-dən 22-dək distant (məsafədən) formada təşkili əmrdə qeyd olunub.

Ümumiyyətlə, forum günlərində dərslərin distant formata keçirilməsi, eyni zamanda, təhsilin davamlılığını təmin edən strateji qərardır. Bu yanaşma nəticəsində şagirdlər proqramdan geri qalmır, əksinə, yeni tədris üsullarına uyğunlaşaraq əlavə bacarıqlar qazanırlar. Müasir təhsil mühitində rəqəmsal alətlər tədris prosesini tamamlayan və onu daha çevik edən əsas komponentlərdən biridir. Xüsusilə distant tədris modellərinin tətbiqi şagird və tələbələrin texnoloji bacarıqlarını inkişaf etdirməklə yanaşı, təhsil sisteminin dəyişən şəraitə uyğunlaşma qabiliyyətini də gücləndirir. Həmçinin atılan addımlar mahiyyət etibarilə qısa zaman kəsiyini əhatə edir və konkret situasiyaların tələblərinə uyğun şəkildə tənzimlənir. Əsas məqsəd isə tədris planının ümumi məzmununa və icrasına uzunmüddətli təsir göstərmədən, prosesin fasiləsizliyini təmin etməkdir.

Üstəlik, sözügedən proses ölkəmizin üçün heç də yad deyil. Belə ki, 2024-cü ilin noyabr ayında Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) 29-cu Konfransı da tədris günləri ilə üst-üstə düşürdü. Bu beynəlxalq tədbirlə əlaqədar Nazirlər Kabineti Bakı və ətraf rayonlarda yerləşən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə qərarlar qəbul etmişdi. Qərara əsasən, ölkə üzrə ümumi təhsil müəssisələrində payız tətilinin qrafiki dəyişdirilmiş, istirahət müddəti noyabrın 12–22-nə keçirilmişdi. Bu dəyişiklik, əvvəlki dövrlərdə ənənəvi tətil bölgüsünün sabit saxlanılması praktikasından fərqli olaraq, böyük beynəlxalq tədbirin yaratdığı təşkilati və təhlükəsizlik tələblərinə uyğunlaşdırılmışdı.

Eyni zamanda, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yerləşən peşə, orta ixtisas və ali təhsil müəssisələrində dərs prosesi həmin günlərdə distant formatda təşkil olunmuşdu. Ənənəvi auditoriya dərsləri ilə müqayisədə bu model tədrisin fiziki fasilə olmadan rəqəmsal mühitdə davam etdirilməsini təmin etmişdi.

Elm və Təhsil Nazirliyinə isə tədris proqramlarının tam mənimsənilməsinin təmin edilməsi məqsədilə müvafiq təşkilati və metodiki tədbirlərin görülməsi tapşırılmışdı. Bu yanaşma klassik dərs sistemindən fərqli olaraq, çevik idarəetmə və rəqəmsal tədris mexanizmlərinin tətbiqinə əsaslanmışdı.

Digər tərəfdən, dünyaca məşhur “Formula 1”in Bakıda keçirilməsini də nümunə kimi göstərmək olar. Məsələn, ötən il “Formula 1” üzrə Azərbaycan Qran-prisi 19-21 sentyabr tarixlərini əhatə edirdi. Bu zaman zərfində yarışın keçirildiyi ərazi ətrafındakı tədris ocaqları – 6 nömrəli məktəb, 132-134 saylı təhsil kompleksi, Elitar gimnaziya və digər müəssisələrdə tədris 1 həftə distant formada təşkil edildi.

Onu da qeyd edək ki, bu məsələ təkcə ölkəmizə xas deyil. Dünyanın bir çox inkişaf etmiş ölkələrində Olimpiya oyunları, Avropa və Dünya çempionatları və ya iri dövlət sammitləri kimi beynəlxalq tədbirlər zamanı tədris sistemində müəyyən dəyişikliklər edilir. Bu dəyişikliklər əsasən nəqliyyat yükünü azaltmaq, təhlükəsizliyi təmin etmək və ya könüllülük fəaliyyətlərinə şərait yaratmaq məqsədi daşıyır.

Yəni Bakı da əvvəllər oxşar idarəetmə modelindən istifadə edərək müsbət nəticə əldə etməyi bacarmışdı. Paralel olaraq, şəhərdə iri beynəlxalq tədbirlərin keçirilməsi təhsil prosesində fasiləsizlik prinsipinin qorunması ilə müşayiət olunmuşdu.

N.ABDALOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Aprel 2026 23:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see375

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see336

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see330

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see323

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see322

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see317

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see309

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see302

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see299

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see275

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see267

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see259

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see257

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see251

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see250

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see246

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see233

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see213

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see209

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri